Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektindəki marketin arxa hissəsindəki kafedə baş verib. Rayon sakini Camal və həmyerlisi Xəyalə adlı xanım sevgili olublar. Onlar bir müddət yaxın münasibətdə olduqdan sonra Camal bankdan kredit götürmək istəyib. O bu məqsədlə sevgilisinə müraciət edib və onun adına kredit götürməyə razılıq alıb. Qadın öz adına kredit götürərək ona verib. Bir müddətdən sonra Camal həmin qadından ayrılıb və kafedə işləyən Sevda adlı xanımla tanış olub. Bundan xəbər tutan Xəyalə həmin kafeyə gedib və Camalın onun adına kredit götürdüyünü, pulu ödəmədiyini bildirib. Nəticədə qadınlar arasında mübahisə yaranıb, Sevda Xəyaləni yumruq və təpiklə döyərək, ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gediblər və Sevda saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə qadınlar arasında barışıq elan olunduğuna görə cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















