Icma.az
close
up
RU
“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb Fotolar

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.

Qeyd edək ki, təlim proqramı iyunun 27-dək davam edəcək.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri