Icma.az
close
up
RU
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Quba, 16 iyun, AZƏRTAC

Quba rayonununda baş verən torpaq sürüşməsi nəticəsində Tüləkəran İnzibati Ərazi Dairəsinin (İƏD) əhatə etdiyi 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi iyunun 15-i səhər saatlarında Quba-Tüləkəran yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində yolun hərəkət hissəsi təxminən yüz metr məsafədə tamamilə dağılıb. Avtomobil yolunda 10-15 metr hündürlüyündə uçurum yaranıb. Bununla yanaşı, sürüşmə ərazisində torpaq layları dirəkləri də aşırdığından kəndlərə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.

Sürüşmə prosesi hazırda davam edir. Yolu bağlanan Gültəpə, Möhüc, Tülər, Yenikənd, Yuxarı Tüləkəran və Aşağı Tüləkəran kəndlərində, ümumilikdə, 6 minə yaxın sakin yaşayır.

Quba Rayon İcra Hakimiyyətinin Tüləkəran İƏD üzrə nümayəndəsi Elxan Məmmədhüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumları məlumatlanıdırlıb. “Hazırda kəndlərlə əlaqənin bərpa olunması üçün çay kənarı ilə alternativ yolun çəkilməsinə başlanılıb. Qısa müddətdə elektrik enerjisi ilə təminat da bərpa olunacaq. Sürüşmə prosesi aktivdir. Bu cür sürüşmə əraziləri yol boyu bir neçə ərazidə mövcuddur”, - deyə o əlavə edib.

Müxbir - Elxan Yusifli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see281

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see214

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see195

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see194

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see190

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see180

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see174

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see172

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see170

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see168

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see167

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see166

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see163

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see161

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see161

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see160

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see159

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see157

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see150

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri