Qubada sürüşmə baş verən yol belə təmizlənir VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qubada son iki gündə müşahidə olunan güclü yağışlar əsasən yol-nəqliyyat infrastrukturuna ziyan vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba–Xınalıq yolunun 37–40-cı kilometrliyində torpaq sürüşməsi və qaya axını qeydə alınıb.
Hazırda Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolun təmizlənməsi işlərini davam etdirirlər.
Quba–Qonaqkənd yolunun da bir neçə hissəsində sürüşmə baş verib və yol örtüyü zədələnib. Əraziyə Quba 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlərə başlanılıb.
Rayonun Zərqava kəndinə gedən yol isə tamamilə bağlanıb. Fəsadların aradan qaldırılması üçün ərazilərə onlarla ağır texnika cəlb edilib.
Məlumatı Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















