Icma.az
close
up
RU
Qubada tədris prosesi izlənilib

Qubada tədris prosesi izlənilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Quba rayonuna səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüş keçirilib. Görüşdə çıxış edən İdris İsayev təhsil sahəsində baş verən dəyişikliklərə uyğunlaşmağın vacibliyini vurğulayıb. Bildirib ki, müasir dövrdə şagirdlərin yalnız biliklərinin deyil, həm də bacarıqlarının inkişafı təhsil strategiyalarının prioritetlərindəndir.

Nazir müavini qeyd edib ki, təhsil müəssisələrinin rəhbərləri kollektivdə komanda ruhunu formalaşdırmalı, müəllim əməyinə dəyər verilməsinə və valideyn məmnunluğuna xüsusi diqqət yetirməlidirlər. O, həmçinin müəllimlərin müasir tədris metodlarını mənimsəməsinin, rəqəmsal bacarıqlara və süni intellekt sahəsində biliklərə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək region üzrə təhsil göstəricilərini təqdim edib, buraxılış imtahanları və 4–6-cı siniflər üzrə monitorinq nəticələri barədə məlumat verib.

Görüş çərçivəsində təhsil sahəsində aparılan yeniliklər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflərin nəzərə alınacağı bildirilib.

Səfər çərçivəsində nazir müavini Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub. Məktəbdə tətbiq olunan STEAM, innovativ məktəb, peşə təmayüllü və icma əsaslı məktəbəqədər təhsil layihələri ilə tanışlıq zamanı ətraflı məlumat təqdim edilib.

İdris İsayev məktəbdə SAF 2025 - “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüşüb, şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub və peşə təmayüllü sinifdə təhsil alan şagirdlərlə söhbət aparıb. Məktəb rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra nazir müavini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını ziyarət edib. Səfərin məqsədi regionlarda ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və pedaqoji kadr hazırlığının mövcud vəziyyətinin müzakirəsi olub.

Filialın maddi-texniki bazası ilə tanışlıq zamanı direktor Yusif Alıyev tərəfindən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, tələbələr üçün yaradılmış şərait, kitabxana fondu və elektron resurslara çıxış imkanları barədə məlumat verilib.

Nazir müavini müəllim və tələbələrlə görüşərək onların təkliflərini dinləyib, tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Sonra universitetin pedaqoji heyəti ilə geniş tərkibdə görüş keçirilib.

Direktor Yusif Alıyev filialın fəaliyyəti və inkişaf mərhələləri barədə məlumat verib, tədris və elmi fəaliyyət istiqamətində görülən işləri diqqətə çatdırıb.

İdris İsayev çıxışında regionlarda ali təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, pedaqoji kadrların keyfiyyətli hazırlanması ölkənin gələcək inkişafı üçün əhəmiyyət daşıyır. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin strateji prioritetə çevrildiyini və bu istiqamətdə həyata keçirilən islahatların insan kapitalının inkişafına xidmət etdiyini bildirib.

İlqar Mahmudov isə çıxışında ali təhsil müəssisələrinin regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib, yerli qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində vətəndaş qəbulu keçirən nazir müavini müraciətləri dinləyib və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri