Icma.az
close
up
RU
Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Emin Əmrullayev əvvəlcə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib.

Görüş zamanı işğaldan azad ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb.

Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir, həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib.

Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.

Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib. Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri