Icma.az
close
up
RU
Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir

Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqı artıq Qubadlı rayonunun işğaldan azad edilməsinin beşinci ildönümünü qeyd edir.Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşir və strateji əhəmiyyətə malik bölgələrdən biridir. Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu.

1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu müddət ərzində rayonun kəndləri dağıdılmış, infrastruktur məhv edilmiş, əhalisi isə doğma yurd-yuvalarından didərgin düşmüşdü. Lakin 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tərəfindən Qubadlı rayonu mərhələli şəkildə azad olunmağa başladı.

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı rayonunun bir sıra kəndlərini və mərkəzi olan Qubadlı şəhərini azad etdi Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Hərbi əməliyyatlar çərçivəsində rayonda yerləşən bir çox yüksəkliklər və strateji mövqelər də nəzarətə götürüldü. Nəticədə 25 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Qubadlının azad edildiyini elan etdi.“Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi", - deyə Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

Erməni vandalizmi təbii ki, Qubadlıdan da yan keçməmişdi. Tarixi-mədəni, dini abidələrimiz, yaşayış məntəqələrimiz işğal müddətində düşmən tərəfindən dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Ordumuz tərəfindən işğala son qoyulması ilə Qubadlıdakı tarixi memarlıq abidələrimiz də düşmən əsarətindən xilas oldu.

Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident cənab İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır.2021-ci ilin oktyabrın 25-də ildə ölkə başçısının Qubadlıya növbəti səfəri oldu. Həmin səfər zamanı cənab Prezident Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi.Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub.

Bu gün Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir. İşğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı yenidən qurulduqdan sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Prezidentimizin xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri