Qubadlı yenidən qurulur, dirçəlir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
"44 günlük Vətən Müharibəsində zəfərə gedən yolda əldə edilən ən mühüm hərbi üstünlüklər və uğurlardan biri Qubadlının azad edilməsi oldu. Qubadlının işğaldan azad edilməsi Azərbaycan Ordusuna bir çox hərbi üstünlüklər qazandırdı. İlk növbədə Silahlı Qüvvələrimizə cənub-qərb istiqamətində əməliyyat imkanlarını artırmış oldu. Qubadlının azadlığı eyni zamanda Laçına doğru irəliləmək imkanları genişləndirdi".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Qubadlının coğrafi mövqeyi Laçın dəhlizi istiqamətindəki hərbi-kommunikasiya xətlərinə təsir göstərmək baxımından əhəmiyyətli idi:
"Bu vəziyyət qarşı tərəfin qüvvələrinin hərəkətinə və təchizatına əlavə çətinliklər yaradırdı. Qubadlının azad edilməsi Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilmiş uğurları tamamladı və Azərbaycan Ordusunun növbəti əməliyyatlar üçün mövqelərini gücləndirdi".
Politoloq qeyd edib ki, Qubadlıda əldə edilən uğur müharibənin son mərhələsində Azərbaycan Ordusunun hərbi üstünlüyünün möhkəmlənməsinə kömək etdi:
"Noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən prosesdə Qubadlı istiqamətində qazanılan uğurlar da mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Bu hadisə həm də Silahlı Qüvvələr və Azərbaycan cəmiyyətinin daxilində mənəvi-psixoloji üstünlüyün güclənməsinə, Azərbaycan hərbçilərinin döyüş ruhunu yüksəlməsinə, xalqın qələbəyə inamının möhkəmlənməsinə yol açdı".
Arzuman Muradlı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 31 iyul, 2023-cü il sərəncamı əsasında 25 oktyabr Qubadlı Şəhər Günü kimi qeyd edilir:
"İşğaldan azad edilmiş hər bir şəhər və rayon kimi Qubadlı da yenidən qurulur, dirçəlir, inkişaf edir. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, sosial və iqtisadi infrastrukturun bərpası Böyük Qayıdış prosesinin əsas istiqamətlərindəndir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qubadlı azad nəfəs alır, yenidən qurulur və dirçəlir
24 Oktyabr 2025 11:02
Qubadlı yenidən qurulur, inkişaf edir
24 Oktyabr 2025 16:11
Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir
24 Oktyabr 2025 12:58
Qubadlı rayonu bərpa edilir və yenidən qurulur
24 Oktyabr 2025 17:20
Qubadlı yenidən qurulur, həyat doğma yurda qayıdır MƏQALƏ
23 Oktyabr 2026 17:01
Baxış sayı:115
Bu xəbər 25 Oktyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















