Qubanın bu əraziləri artıq başqa adlarla tanınacaq
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında Quba rayonunun iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi bir oxunuşda müzakirə olunaraq qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, sözügedən dəyişikliklər "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda öz əksini tapıb. Qəbul edilən sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi bundan sonra Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılıb.
Qanunla adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı yaşayış məntəqələrinin də adları müvafiq olaraq yeni adlarla əvəzlənib. pizza mizza
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda təsdiqlənib.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə qanun qəbul etmişdi.
Həmin qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi adlandırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















