Qucaqladım, gördüm ki, nəfəsi dayandı Səs Azərbaycan iştirakçısı Qəşəm Cəfərovun son anları
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Retro Baku" verilişinin yeni buraxılışı xərçəngdən dünyasını dəyişən müğənni Qəşəm Cəfərova həsr olunub. Proqramda yaxınları onun ağır xəstəlik dövrünü xatırlayıblar.
Anası Gülnarə Zülfəliyeva bildirib ki, Qəşəm üçüncü kursda oxuyarkən bel ağrıları yaranıb:
"Həkimlər əvvəl böyrək problemi olduğunu dedilər. Səhv diaqnoz səbəbindən 8 ay yanlış müalicə olundu. Sentyabrda düzgün diaqnoz qoyuldu - artıq ayaqları tutulmuşdu. Şiş fəqərələrini sındırmışdı. Sarkoma olduğu məlum oldu. Özü bilmirdi, kimyaterapiya başlayanda öyrəndi".
G.Zülfəliyeva deyib ki, Türkiyədə aparılan müayinələrdən sonra vəziyyət 10-11 ay sabit qalıb. Lakin 2024-cü ilin iyununda ağrılar yenidən güclənib və Qəşəm ikinci əməliyyat keçirmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o, "Səs Azərbaycan" yarışmasında iştirak edib.
Anası övladının son anlarını belə xatırlayıb: "Deyirdi, "ana, sən qoymursan, mən gedim". Bütün bədəni şişmişdi. "Məni qucaqla" dedi. Qucaqladım, gördüm ki, sinəsi dayandı, nəfəsi kəsildi".
"Öləndə gözünü yumduq, yuduqda yenidən açıldı. Böyüklər deyir ki, həyata doymayan adam gözüaçıq gedir", - deyə mərhumun dostu Murad Əzizov əlavə edib.
"Qucaqladım, gördüm ki, nəfəsi dayandı" - "Səs Azərbaycan" iştirakçısı Qəşəm Cəfərovun son anları
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 03 Noyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















