Icma.az
close
up
RU
Qəşəm Nəcəfzadə: Azərbaycan dilinin xarici təsirlərə qarşı immunitetini artırmalıyıq

Qəşəm Nəcəfzadə: Azərbaycan dilinin xarici təsirlərə qarşı immunitetini artırmalıyıq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı Azərbaycan dilinin inkişafı və qorunması haqqında dəyərli fikirlər söylədi və bu fikirlər Azərbaycan yazıçıları, dilçiləri qarşısında yeni üfüqlər açdı. İndi mətbuatda, radio və televiziyada, təhsil ocaqlarında bununla bağlı geniş müzakirələr keçirilir. Bu gün Azərbaycan dilinin Türkiyə türkcəsinin basqısı altındadır- deyənlər də var. Amma mən burda heç bir təhlükə görmürəm. Tarix boyu dillər arasında həmişə söz mübadiləsi olub, bu gün də var, şübhəsiz ki, sabah da olacaq. Çünki dünyada heç nə qapalı olmadığı kimi, dil də heç vaxt qapalı ola bilməz və dilin keşiyində polis kimi dayanmaq da düz deyil.

Bunu AZƏRTAC-a tanınmış şair, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Qəşəm Nəcəfzadə deyib.

O bildirib ki, dillər bir – birindən söz alır, söz verir, bir – birinə inteqrasiya edir. Bu, təbiidir. Sadəcə biz öz dilimizin immunitetini gücləndirməliyik. Burda da əsas məsələ dilimizə təsir edən dillərə qarşı dayanmaq deyil, əksinə dilimizin imkanlarının genişləndirmək, onun inkişaf etməsinə şərait yaratmaqdır. Dil tarixən özünü təmizləyir və özünü qoruyur.

“Dilçilik qanunlarına əsaslanıb dili sıxmağın əleyhinəyəm. Bir az inkişafa açıq olmaq lazımdır. Başqa dillərdən gələn sözlərdən qorxmaq lazım deyil. Çalışsaq da onun qarşısını ala bilmərik. Yaxşısı budur ki, dialektlərdən ədəbi dilə hamı tərəfindən başa düşülən sözlər əlavə edək. Dialekt və şivələr ədəbi dil üçün əsas xammaldır. Buradan elə sözlər seçməliyik ki, əhalimizin heç olmasa doxsan faizi onu başa düşsün. Digər tərəfdən, yazıçılarımız Azərbaycan dilinin inkişafına çalışmalıdırlar. Bu gün mətbuatımızın əksər hissəsi səksəninci illərdən qalmış yorğun publisistika ilə işləyir. Bu da istər - istəməz Türkiyənin kağız və elektron mətbuatı, televiziya kanalları, xüsusən cizgi filmləri tərəfdən basqıya məruz qalır. Fikrimcə bunun qarşısını almaq üçün əsasən dilimizin bədiilik səviyyəsini artırmalıyıq. Bədiilik dilin immunitetini artıran əsas vasitədir. Demirəm ki, dilimiz xüsusən publisistikamız bədii olmalıdır, əsla yox, publisistikamızı köhnəlikdən bu yolla xilas edə bilərik. Sonra vəziyyət düzələndə, dilin enerjisinə nəzarət ediləndə bədiiliyi azaltmaq mümkün olacaq. Bu gün qardaş Türkiyənin ədəbi – bədii, mədəni, iqtisadi, publisistik, məişət –danışıq dili bizimkindən çox bədiidir. Ona görə də o dilin funksiyası böyük və genişdir. Dilin inkişafı ən çox elmi kəşflərə və iqtisadi inkişafa bağlıdır. İnkişaf artdıqca dil də inkişaf edəcək. Xarici ölkələrdən gəlib burada çalışan mütəxəssisləri Azərbaycan dilində danışmağa öyrətməliyik. Eyni zamanda şəhərdəki bütün reklam lövhələri ilk növbədə Azərbaycan dilində, sonra isə başqa əcnəbi dildə yazılmalıdır”,- deyə Audiovizual Şuranın üzvü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri