Icma.az
close
up
RU
Quda ailə idarəçiliyinə çevrilən ADSEA

Quda ailə idarəçiliyinə çevrilən ADSEA

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb. Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə 10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir.
Eyni zamanda xüsusən Bakıda kanalizasiya və drenaj sistemləri də faktiki iflic durumdadır. Bir çox ərazilərdə çoxmənzilli binaların isə zirzəmisi çirkab suları ilə doludur. Yüz minlərlə insan antisanitariya vəziyyətində yaşayır.
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "başbilənləri" və trolları isə uydurma "səbəblər" səsləndirib vətəndaşları aldadır. Əslində, öz bacarıqsızlıqları, qohumbazlıqları, tender mənimsəmələri səbəbindən su, kanalizasiya və melorasiya sistemini tam bərbad hala salıblar. Ölkədə içməli su, suvarma, kanalizasiya böhranını təqdim etdiyimiz onlarla videofakt aydınca təsdiqləyir, necə deyərlər, nocomment! Buyurub sosial şəbəkələrdən topladığımız, araşdırma üçün real biabırçı mənzərə yaradan videolara baxın.
İndi isə keçək bu biabırçılıqların səbəblərinə...
Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb.
Bütün bu fəlakət kimi durumun baiskarları ADSEA-nı ailə-quda podratına çevirən Zaur Mikayılov (sədr), Fuad Quliyev (aparat rəhbəri) və Əsəd Şirinov (rəsmi müşavir, amma faktiki baş cuvar Z.Mikayılovun xeyir-duası ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir) triosunun yarıtmaz, qaranlıq, fərdi maraqlarına hesablanmış idarəçiliyidir.
Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir.
Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi belə yoxdur...
Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib.
ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur.
İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.
Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. Bəs son 4 ildə bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür.
Səbəb sirr deyil.
Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə.
Bölgələrdə kiçik fermerlərə isə suvarma suyu ona çatmır ki, regional su sistemləri idarələrinin rəhbərləri suyu oliqarxların, məmurların böyük əkin sahələrinə verir. Təbii, müəyyən maraqlar qarşlığında...
Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür.
Biznes ortaqları ilə birlikdə faktiki onun" kontrol"unda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür.
Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular.
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".
Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur.
İddiaya görə, onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik).
Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq.
Təsəvvür edin, ADSEA-nı bu adamlar tamamən quda-ailə agentliyinə çeviriblər.
Vaxt vardı ölkədə iki ayrı-ayrı sahənin rəhbər şəxsi - sabiq nazirlər Ziya Məmmədovla Heydər Əsədov quda olduqlarına görə media, siyasətçilər onları yıxıb-sürüyürdü. Nəhayət işdən çıxarıldılar. İndi isə nazirlik statuslu ADSEA-nı 3 quda və ətraflarındakı qohum, dostları ilə idarə edir, susqunluqdur. Niyə? Bir qurumu 3 quda, üstəgəl ailə üzvləri idarə edəndə nəticə belə də olmalı idi... Bir müddət əvvəl mediada bu məsələ yazılanda dövləti, vətəndaşları aldatmaq üçün Əsəd Şirinovun guya işdən azad edildiyini bildirdilər. Ancaq bu tam yalandır.
Bu yaxınlarda, iyul ayında çəkilmiş fotoya diqqət edin: Ortada Zaur Mikayılov, sağında lap solda Fuad Quliyev, solunda lap axırda Əsəd Şirinov addımlayırlar...
Onu da qeyd edək ki, son 3 ildə xüsusən Fuad Quliyev üzünü mediadan gizlətməyə, ümumi şəkillərdə künc-bucaqda yer almağa çalışıb...O, üstəlik daha bir ailə üzvlərinə vəzifə verib. Beləcə, ölkənin ən strateji sahəsini batırırlar.
Nəhayət, qudaların Bakıda su böhranının məsuliyyətini boyunlarından atmaq, əhalini aldatmaq üçün bir hiylə də işlətməsini də diqqətə çatdıraq, gör əsiniz ki, bunlar öz maraqları üçün nələr edəcək adamlardır.
Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var.
İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..
Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər.
Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır.
Adları çəkilən şəxslərin mövqeyimi yayınlamağa hazırıq.

Sitat.info
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Avqust 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri