Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Qüdrətli Ordu qalib Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır Millət vəkili yazır

Qüdrətli Ordu qalib Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır Millət vəkili yazır

Icma.az, Unikal.az saytına istinadən bildirir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, ölkədə siyasi xaos və iqtisadi böhran hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzkar müharibə fonunda dövlət strukturları iflic vəziyyətində idi. Güclü ordunun mövcud olmamasından və müdafiə potensialımızın zəifliyindən istifadə edən düşmən işğal niyyətlərini asanlıqla gerçəkləşdirdi. Müxtəlif bölgələrdə fəaliyyət göstərən ayrı-ayrı silahlı dəstələrin vahid komandanlığa tabe olmaması ölkədə sabitliyin pozulmasına və təhlükəli qarşıdurmaların meydana çıxmasına səbəb olmuşdu.

Bu vəziyyətdə xalqın yeganə ümid yeri zəngin dövlətçilik təcrübəsi və qətiyyətli mövqeyi ilə tanınan Ulu Öndər Heydər Əliyev oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ilk növbədə ordu quruculuğunu prioritet məsələ kimi müəyyən etdi. Qanunsuz silahlı birləşmələr ləğv edildi, orduda vahid komandanlıq və intizam sistemi bərqərar olmağa başladı. Bu faktorlar Azərbaycanın dövlət olaraq möhkəmlənməsi və gələcək qələbələrin başlanğıcı oldu.

1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişindən sonra dövlətimiz ordu quruculuğu istiqamətində tədbirləri davam etdirdi. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və vətənpərvərlik ruhuna xüsusi diqqət ayrıldı. 1998-ci ilin 22 may tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Fərmanla 26 iyun tarixi – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edildi. Bu tarix xalqın ordusuna olan hörməti, ehtiramı və qürurunun rəmzinə çevrildi.

Ordu quruculuğunun əsas istiqamətlərindən biri hərbi təhsilin inkişaf etdirilməsi və peşəkar zabit heyətinin hazırlanmasıdır. Bu məqsədlə 1999-cu il fevralın 20-də Ulu Öndər Heydər Əliyev tərəfindən Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Bu Akademiya ölkəmizdə milli kadr potensialının formalaşmasında mühüm rol oynadı. 2001-ci il avqustun 20-də Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri yenidən strukturlaşdırıldı və müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi kimi fəaliyyətlərini davam etdirməyə başladılar.

Prezident İlham Əliyev 2003-cü ildən etibarən Silahlı Qüvvələrin gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən etdi. Dövlətimizin başçısı Ulu Öndərin strateji xəttini uğurla davam etdirərək ordu quruculuğunu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirdi. Belə ki, yeni dövrə qədəm qoyan Azərbaycan Ordusu silah və texnika baxımından modernləşdi, şəxsi heyətin döyüş hazırlığı daha da artırıldı. Xüsusilə hərbi sənaye kompleksinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində böyük uğurlar əldə olundu. Ölkəmizin hərbi müəssisələrində minlərlə hərbi məhsul istehsal olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir və bəzi məhsullar ixraca yönəldilir.

Azərbaycan Ordusunun gücünün real göstəricisi 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri ən müasir taktikalarla düşməni ağır məğlubiyyətə uğratdı. Bu müharibə nəticəsində 5 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa, 4 qəsəbə və 300-dən çox kənd işğaldan azad edildi. Kapitulyasiyaya uğrayan Ermənistan həmin ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanata imza atmağa məcbur oldu. Bu Zəfər təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi anlamda da Azərbaycan xalqının milli qüruru, dövlətçilik iradəsi və ordu gücünün təntənəsi oldu.

2023-cü ilin 19 sentyabrında erməni silahlı birləşmələrinin həyata keçirdiyi təxribatlara cavab olaraq şanlı ordumuz tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirildi. Əməliyyat qısa müddətə düşmən mövqelərinin məhv edilməsi ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqəyə separatçı qüvvələr qaldıraraq təslim oldular. Bu əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu və Ermənistanın silahlı birləşmələri tam şəkildə bölgədən çıxarıldı.

Bütün bunlar göstərdi ki, çevik və yüksək manevr qabiliyyətinə malik xüsusi təyinatlı bölmələr müasir döyüş əməliyyatlarında həlledici rol oynayır. Bu reallıq əsasında Azərbaycan Ordusunda yeni bir struktur – Komando Hissələri yaradıldı. Prezident İlham Əliyevin tapşırığı ilə formalaşdırılan bu hissələr yüksək dağlıq, çətin relyef və ekstremal hava şəraitində döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün xüsusi təlimlər keçmiş, müasir texnologiyalarla təchiz olunmuş hərbi bölmələrdir. Bu birliklər yalnız hərbi əməliyyatlarda deyil, həm də antiterror tədbirlərində, sərhəd mühafizəsində və strateji obyektlərin qorunmasında əhəmiyyətli rol oynayır.

Dövlət müstəqilliyini qorumaq və onu daha da gücləndirmək yolunda şanlı ordumuz hər zaman etibarlı dayaq olmuşdur. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq, mübarizə və şərəf salnaməsində xüsusi yer tutur. Bu əlamətdar tarix hərbi qulluqçuların fədakarlığına, şəhidlərin müqəddəs xatirəsinə və dövlətin orduya göstərdiyi ehtiramın ifadəsidir.

Asif Əsgərov

Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 İyun 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri