Qüds qüvvələrinin mühəndisi Mehdi Vəfai öldürüldü
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri tərəfindən İranda Qüds qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfai öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə martın 31-də kəşfiyyat məlumatları əsasında Məhlat rayonunda endirilib:
“Nəticədə mühəndislik bölməsinin rəhbəri vəzifəsini tutan mühəndis Mehdi Vəfai öldürülüb. Qüds qüvvələrinin mühəndislik bölməsinin rəhbəri kimi 20 illik fəaliyyəti ərzində Vəfai Livan və Suriya ərazilərində yeraltı layihələri irəli sürüb. Həmçinin o, Hizbullah təşkilatı və Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması səylərinə rəhbərlik edib. Eləcə də Livanda müasir silahların saxlanması üçün yeraltı infrastrukturun qurulması üzrə onlarla layihəni idarə edib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Aprel 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















