Icma.az
close
up
RU
Qulağınızdakı bu əlamət beyninizə qədər yayıla bilər XƏBƏRDARLIQ

Qulağınızdakı bu əlamət beyninizə qədər yayıla bilər XƏBƏRDARLIQ

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əgər qulağınızdan zaman-zaman çirk gəlirsə, bunu “soyuqdəymədir” və ya “keçəcək” deyib laqeyd yanaşmayın. Mütəxəssislər xəbərdarlıq edir: bu simptom xroniki qulaq xəstəliyinin xəbərçisi ola bilər və vaxtında müalicə olunmazsa, geridönməz fəsadlara yol aça bilər.

Ölkə.Az-ın məlumatına görə, həkimlər bildirirlər ki, qulaq axıntısı çox vaxt xroniki otit – yəni orta qulağın uzunmüddətli iltihabından xəbər verir. İlk baxışdan zərərsiz görünən bu axıntılar tədricən qulağın daxili quruluşuna – o cümlədən eşitmə sümüklərinə və qığırdaq toxumasına ziyan vurur.

Bəzi hallarda xəstələr illərlə qulağından axıntı gəldiyini deyir, amma müalicə olunmayıblar. Nəticədə isə eşitmə sistemi ciddi zədələnir. Hətta elə hallar olub ki, qulağın içindəki strukturlar tamamilə dağılıb və pasiyent yalnız cərrahi implantla eşitmə qabiliyyətini qismən bərpa edə bilər.

Əməliyyatsız mümkün deyil
Gecikmiş hallarda pasiyentlərin həm qulaq pərdəsi, həm də eşitmə sümükləri sıradan çıxır. Bu zaman ossikuloplastika (eşitmə sümüklərinin bərpası) və ya qulaq implantı yerləşdirilməsi zəruri olur. Estetik zədələnmə varsa, əlavə olaraq qığırdaq rekonstruksiyası da aparılır.

Qeyd edək ki, bu cür əməliyyatlar həm baha, həm də risklidir. Əgər iltihab beyinə və sinirlərə yayılarsa, həyati təhlükə də yarana bilər.

Həkimə nə zaman müraciət etməli?
Aşağıdakı əlamətlər sizdə varsa, gecikmədən LOR həkiminə müraciət edin:

Qulaqdan axıntı (çirk, irin, bəzən qan qarışıq)

Pis qoxu

Qulaqda basqı və ya ağrı

Eşitmədə zəifləmə

Təkrar edən başgicəllənmələr və ya balans problemi

Həkimlər xatırladır ki, qulaq bədənimizin ən həssas orqanlarından biridir və sakit, ağrısız axıntılar belə təhlükəli ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri