Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai siyasi görüşləri
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
II yazı
Qulamrza Səbri Təbrizi Mövlana Cəlaləddin Rumi və Vilyam Bleyk kimi, insanların üç qismə bölünməsi ilə mülahizəsi ilə razılaşmışdır. O, yazırdı: “Birincisi, təbiətə bağlı, ona əsir olan insanlar. Bu insanlar maddi dünyaya bağlı olduğu üçün fikrində, ruhunda inkişaf olmur. İkincisi, maddi və mənəvi dünya arasında vurnuxan insanlar. Onlar bu iki haləti öz həyatlarında yaşayırlar: yaxşı-pis, savab-günah; onların konflikti özlərində olur. Sonralar bu ikilik cəmiyyətə də sirayət edir. Bu insanların bəziləri Əflatun kimi maddi dünyanı mənəvi dünyanın kölgəsi hesab edir, ona əhəmiyyət vermir, bəziləri isə K.Marks kimi maddi dünyanı əsas götürür, mənəvi dünyanı az qala unudur. Üçüncü qism insanlar mənəvi dünya ilə maddi dünyanı paralel surətdə, vəhdətdə görürlər. Bir tərəfdən, ruh maddi dünyanı özündə həzm edərək dialektik şəkildə yeni mərhələyə keçir”.[1]
Təbrizi, o fikirlə də razılaşırdı ki, insan hərəkətdən düşəndə ölür. Belə ki, ruhun təkamüldən, hərəkətdən qalması insanın mənəvi iflasına, tənəzzülünə səbəb olur. Hətta, bu, insanın ruhi şikəstliyinə, ölümünə gətirib çıxarır. Təbriziyə görə, qədim yunan filosofları hərəkətin yolunu, zahiri əlamətlərini götürdüyü halda, Rumi və Bleyk isə hərəkətin təkanverici amilini insan ruhunda axtarır və bu ruhun mayası kimi eşqi əsas bilirdilər. Təbrizi yazırdı: “Təbiətdə mövcud olan təzadlar eçqin əsasında yanaşır, buna məhdud şəkildə baxılmamalıdır. Ruhun mərtəbəsindən baxılanda təbiətin, həyatın təzadları hiss olunmur, qəbul edilir. Məhdud, maddi çərçivədən baxılanda isə bunlar bir-birini inkar edir, insanın süqutuna səbəb olur. C.Rumi və V.Bleykə görə Günəşin doğuşunun əsasında eşq dayanır, bu eşq olmasa, o hər səhər eyni təravətlə doğulmaz. Onların hər ikisi insanda heyvani duyğunun və ilahi ruhun mövcudluğunu qəbul edir. Cəmiyyətin və fərdin təkamülünü ruhun təkamülündə, inkişafında görürlər”.[2]
Q.S.Təbrizi də C.Rumi və V.Bleyk kimi, insan məsələsinə xüsusi diqqət yetirir və insanlıq fəlsəfəsindən çıxış edirdi. O, “İnsan sevgisi” şeirində yazırdı:
Sorurlar məndən –
Nə üçün qaldırırsan,
insanı göylərə?
Bu qədər qiymət
verirsən ona?
Məgər Qərbdə Buşlar,
Şərqdə qan tökən diktatorlar,
İnsan deyillərimi?
– Xeyir, xeyr insan deyil onlar.
Çünki qan tökən, insan olmaz...
Tanrı insandan qiymətli
Heç nə yaratmayıb yer üzündə.
Əgər varsa bu dünyada
ilahi sevgi,
O da yalnız insanlardadı.[3]
Bütün bunlarla yanaşı, o, bir həqiqəti etiraf edir ki, dünya günbəgün, ilbəil cılızlaşır. Təbrizi yazırdı:
İnsanlıq yaddan çıxır,
Pul, sərvət tutur onun yerini,
Adamların gözləri ac olur.
Ürəkləri yığışır –
Bir ovuc ət olur.
Unudulur sahilsiz dənizlər.
Uca dağlar, göydə uçan quşlar.[4]
Q. S. Təbrizi milli maarifçi görüşlərində əsasən,dini dəyərlərlə bağlı xurafatı, movhumatı, radikal mühafizəkarlığı tənqid atəşinə tutmuş, bəzi hallarda ümumiyyətlə dinləri, məzhəbləri qəbul etmədiyini ifadə etmişdir. O, yazırdı:
Kaş ki, məni
Heç bir dinə, məzhəbə
bağlamayaydılar.
Din adına o qədər
cinayət törədiblər ki,
Nifrət edirəm din, məzhəb
libasını geyinənlərə.
Birini inandırmaqdan ötrü
Allaha, peyğəmbərə and içirlər.
Hətta yeri gələndə
Balalarının da canından keçirlər.
İstərdim çılpaq doğulduğum kimi,
Çılpaq da köçəm bu dünyadan.
Dinlər, məzhəblər –
Riyakarlıq torudur,
Çəkilib insanların üzərinə.[5]
Dini məsələ ilə bağlı başqa bir şeirində isə, o yazırdı ki, özünə qalsa ancaq insanlıq dinini seçərdi:
Yenidən dünyaya gəlsəm,
Tələb edərəm –
Bütün din başçılarından
Əl çəkin məndən.
Qoy özüm tapım dinimi.
İnsaniyyət dinini.
Sevin insanları –
Rənginə görə deyil,
Ləyaqətinə görə.
Hörməyin bu divarları
İnsanlar arasında.
Mankurt etməyin millətləri.[6]
O, yazırdı ki, əgər bir gün qiyamət günü olarsa, Allahın özündən Ona şikayət edəcək: “Niyə yaratmamısan məni əzəldən Özün kimi qüdrət sahibi? Ki, tovlanmayam sənin rəqibin şeytana. Çəkməyəsən məni sorğu-suala, səhv əməllərimə görə. Niyə yaratmamısan məni əzəldən Özün kimi qüdrət sahibi?”.[7]
Təbrizi hesab edirdi ki, hələ də İslam Şərqi ölkələrinin bir çoxu orta əsrlərdəki dini xurafatdan, dini mövhumatdan tamamilə xilas ola bilməyib. Məhz bunun nəticəsi olaraq fərqli düşüncələrə qarşı hələ də, radikal dini təbəqənin təzyiqi çoxdur. O, yazırdı:
Bir zaman şair qardaşım-
Nəsimi küskün düşüb öz vətənindən.
Onun düşüncələrini, fikirlərini
qəbul etməyiblər.
Təəccüb edirəm hələ də
Şeyxlər dar ağacına çəkirlər,
Nəsimi fikirli insanları.
Amma öyrəndim bunu
Bir ömür yaşadıqdan sonra,
Qərbin inkişafına yol açıb
əsrlərlə qabaq
Nəsimilər fikri.[8]
O, ata-analara nəsihət edirdi ki, dini xurafat, dini movhumatla bağlı köhnə fikirlərin yeni nəslin beyninə yeridilməsinə yol verməsinlər. Təbriziyə görə, bir köhnə fikir, bir fanatizm uşaqda təkamül fikrini məhv edə bilər.[9] O, “Riyakarlar” şeirində yazırdı:
Allah sənə rəhmət eləsin
Ay Mirzə Cəlil!
Doğru anlamısan
Riyakar şeyxlərin fırıldaqlarını.
Hələ də davam edir İranda
Sənin dövründə görüb yazdıqların.
Şeyxlər zahirən bir xurma ilə
Bir tazə qızla davam etdirirlər
Öz fırıldaqlarını.[10]
Təbriziyə görə, İran adlanan ölkədə aryançı-farsçı mollalar bütün cinayətləri, fırıldaqları İslam dininin adından edirlər.[11]
Milli maarifçilik məsələsinə gəlincə, Təbrizi “Ruhun tüğyanı” poemasında göstərməyə çalımışdır ki, əzəldən bu torpağın sahibləri qədim türklər – şumerlər olmuş, ancaq tarixin saxtalaşdırılması nəticəsində bir çoxlarının bundan xəbəri yoxdur. Ona görə Türkün qədim mədəniyyəini farslar, ermənilər və digər xalqlar öz adlarına çıxmağa çalışırlar. Bir çox Türk gənclərinin əsil tarixlərindən, xüsusilə Azərbaycan Türk tarixindən xəbərsiz olduğunu deyən Təbriziyə görə, artıq milli tariximizi yenidən öyrənməliyik.[12]
O hesab edirdi ki, milli tariximizi doğru-dürüst bilməməyimizə əsas səbəb yad xalqların mütəfəkkirlərinin yazdıqları əsərlərində müəyyən gerçəklərlə yanaşı, uydurmalarına inanmağımız olmuşdur. O, buna nümunə kimi Firdovsinin “Şahnamə” əsərində Turanın-Türkün tarixini necə saxtalaşdırmasını və həmin saxtakarlığı da fars şovinizminin necə təbliğ etməsini göstəmişdir. O, yazır:
Fars hökumətinin –
Yanlış siyasəti,
Ana dilimizdə oxumağı
Yasaq edibdi məktəblərdə.
Kifayətlənməyib bu cinayətlə
Hətta yanlış öyrədiblər tarixi bizə.
Guya Turan –
Vəhşi insanlar məskəniymiş.
Şünki fars şairi Firdovsi
Yaratmışdı bu təsəvvürü bizlərdə.
Farslardan bir qəhrəman, şücaətli
İnsan obrazı yaratmışdı
Şeir adına qoşduğu yalanlarda.
Türklərin vəhşi obrazını
Yaratmışdı insanların zehnində.
İrandan çıxandan sonra –
Turan mədəniyyətini öyrənib
Türk tarixilə tanış olanda
Heyrət etdim fars şairinin
Neçə əsr bundan əvvəl
İnsanlığa yaraşmayan şovinizminə.[13]
Azərbaycan xalqının tarixində Səttarxan hərəkatının mühüm yer tutduğuna inanan Qulamrza Səbri Təbrizi hesab edirdi ki, bu hərəkatın tarixi və onun liderinin həyatı yeni nəsil gənclərə öyrədilməlidir. Azərbaycan xalqı bilməlidir ki, həmin hərəkatın məqsədi nə olub və Səttarxanın idealları nədən ibarət idi. Təbriziyə görə Səttarxanın örnək həyatını dərk edən Azərbaycan Türk gəncliyi hər daim onun yolunu davam etdirəcəkdir ki, vaxtilə Firudin İbrahimilər, Seyid Cəfər Pişəvərilər və başqaları da məhz onun ideyasının davamçısı olublar. Firudin İbrahiminin Pəhləvilər tərəfindən edamını öz gözləri ilə görmüş olan Təbrizi yazırdı ki, o, Səttarxanın layqili davamçısı kimi, sarsılmaz iradəsi ilə düşmənlərinə meydan oxumşdur. Təbrizi yazırdı:
Gördüm bir gözəl cavan uca qamətilə,
Məğrur durub dar ağacı qarşısında.
Geyinibdi gözəl kostyum
Salıbdı qalstuku boyununa,
Sanki dar ağacına yox,
Bir ziyafətə gəlibdi.
Bu halət daha çox
Qorxudurdu düşməni.
Göstərirdi bu şəxsin iradəsini, qüdrətini
Və sınmaz Vətən eşqini.[14]
[1] Yenə orada, s.47-48
[2] Yenə orada, s.48
[3] Təbrizi, Qulamrza Səbri. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, s.19
[4] Təbrizi, Qulamrza Səbri. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, s.21
[5] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.14
[6] Yenə orada, s.15
[7] Yenə orada, s.16
[8] Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, Apostrof” çap evi, 2011, s.25
[9] Yenə orada, s.26
[10] Yenə orada, s.27
[11] Yenə orada, s.43
[12] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.156
[13] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.157
[14] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.160
Hindistanda Türklər və Türk mədəniyyəti
Qıpçaq çöllərinin və Altay dağların Şaman ocaqları
Yenilməz döyüşkənlik və haray soraqçısı
Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri
Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında
Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt: Bir həqiqət, bir müəmma
Malazgirt fatehi - Böyük Səlcuqlu Türk xaqanı Alparslan
Yenilməz döyüşkənlik və haray soraqçısı
Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri
Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında
Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri
“Kitabi-Dədə Qorqud”da Tanrıçılıq görüşləri
Üç qardaşın ittifaqından doğan böyük birlik
Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?
Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
Bəy bizdən, gəlin Çindən: "Ailəm qəbul etmirdi..." (VİDEO)
Bu şəxslərə yüksək məbləğdə pul veriləcək - SİYAHI
Xankəndidə polisi yaralayan Karen “ASALA”nın düşərgəsində hərbi təlim keçib – TƏFƏRRÜAT - VİDEO
Tramp: İsrail Qətərə bir daha hücum etməyəcək
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Torpaq alanların nəzərinə: Bu məqama mütləq diqqət edin!
Papoyandan etiraf: Bizim etdiyimizi türklər etsəydilər...
Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?
Vətəndaşların dərman xərcləri sürətlə artır – Səbəb açıqlandı
Bəhreyndə Qarabağ və Şərqi Zəngəzura “yaşıl sərmayə”nin cəlbi müzakirə olunub - FOTOLAR
Rusiya Türkiyədən "S-400" ləri GERİ ALIR?: Ankaradan iddialara CAVAB GƏLDİ
Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri
Putinin Azərbaycanda batan milyonları - SENSASİON DETALLAR
Hindistan bu addımı ilə “qırmızı xətti” keçdi
“Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov
Ölkədə bir həkimin hazırlığına nə qədər vəsait xərclənir?
“Qərbi Azərbaycanın Səsi” layihəsinin bağlanış mərasimi keçirilib
UKRAYNA RUSİYANIN “ÜRƏYİNƏ” ZƏRBƏLƏR ENDİRİR – Neft-qaz infrastrukturunun yarısı zədələnib
Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...
Daha bir slavyan ölkəsində Maydan hazırlanır
Pezeşkian: “Ədalət Qəzzanın külündən qalxacaq”
ABŞ İsrailin yanında: Fələstini tanımaq bizi sülhə aparmır!
Kreml: NATO Rusiya ilə faktiki müharibədədir
Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTOLAR
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Bakının bəzi əraziləri yenidən qurulacaq - SƏRƏNCAM
Bu xəstələrə daha tez-tez soğan yemək məsləhət görüldü
Bakı ilə əlaqədar işçi qrup yaradıldı - Samir Şərifov sədr TƏYİN EDİLDİ
Bakı Atatürk Liseyində bayram coşqusu
"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yekun tədbiri keçirilib - FOTOLAR
17 il Ermənistan rəhbərlərini inandırmağa çalışdım ki… – İlham Əliyev
“Putin Azərbaycana qarşı xüsusi əməliyyatdan danışır” – Moskvanın ssenarisində diqqət çəkən məqamlar
Xərçəngi müalicə etdiyini deyən psixoloq: “40 dəqiqə bəs edir”
Yağıntılı hava nə vaxta kimi davam edəcək?
Paşinyan Zəngəzur dəhlizi haqda: Bundan başqa heç bir təminat tələb edilə bilməz
İki NATO ölkəsi üz-üzə: yeni prezidentə belə mesaj verildi
Ukraynada həlak olan azərbaycanlının erməni dostu hamını təsirləndirdi - FOTO
Türkiyə üçün təkəbbürlü təhdid: Ankara əlimizin içindədir!
Bakı üçün “yaşıl işıq” yandı: Pekindən vacib mesaj – “Hazırıq”
Putin bu dövlətlərin liderlərini TƏHDİD ETDİ: "Əgər Rusiyanı dəstəkləməsəniz..."
ABŞ-dan Azərbaycana DƏSTƏK: Bundan sonra...
Orduda polkovnik da daxil olmaqla 35 əsgər bir-birini güllələdi
Putindən qalmaqallı çıxış: Bu torpaqları Osmanlı İmperiyasından almışıq
“Sən ərəbin ulu babasına yas saxlayanda, o da gəlib belə edəcək”
Ukrayna F-16 qırıcıları ilə Rusiyanı vurdu
Həyət evlərində yaşayanların nəzərinə: Sentyabrın 1-dən qərar qüvvəyə minir
Köçkünləri təhqir edən jurnalist işdən qovuldu
Rəqsanənin anası qızının həbsindən danışdı
İlham Əliyev, Ərdoğan, Putin, Paşinyan: Çində görüşəcəklər
Səidə Bəkirqızı işdən niyə çıxıb? – Jurnalistdən EKSKLÜZİV açıqlama


