Icma.az
close
up
RU
Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai siyasi görüşləri

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai siyasi görüşləri

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I yazı

Azərbaycan Türk filosofu, fəlsəfə elmləri doktoru, prof. Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (1934-2020) 1934-cü ildə Təbriz şəhərinin Şəkili məhəl­ləsində anadan olmuşdur. Burada ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə ABŞ-ın İran adlanan ölkədəki hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bəyazid Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsində magistr təhsili almış­dır. 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır.

Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də “Nəzər saatı”nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, “Vil­yam Bleykin dialektik fikirləri” mövzusunda doktorluq disserta­siyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. Bu müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində məruzə­lərlə çıxış etmişdir. O, İran adlanan ölkədə baş vermiş “İslam inqilabı” dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirmişdir.

Qulamrza Səbri Təbrizi burada din xadimlərinin təqibinə məruz qaldığı üçün Böyük Britaniyaya qayıtmış və 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olmuşdur. Təbrizi 1989-1990-cı illərdə Məhəmmədəli Mahmudla birlikdə türk və fars dillərində “Odlar ölkəsi” adlı aylıq qəzet nəşr etdirmişdir. O, həmçinin 1995-ci ildə Edinburq Universitetində akademik məsləhətçi olmuşdur. 1997-2003-cü illərdə Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxumuşdur.

Təbrizi 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış etmiş, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilmişdir.

Əsərləri: “Vətən həsrəti” (1993), “Mənim iki dünyam” (1997), “Fikir dalğaları” (1997), “Həyat fəlsəfəsi” (1997), “Baxışlar, düşüncələr, arzular”, “Sönməz ocaq” (2001), “Ümid çırağı” (2002), “Qürbət harayı” (2003), “Xudafərin” (2005), “Azərbaycanın Güneyi: tarixin canlı mənzərələri” (2006), “Zamanın nəbzi”(2006), “Müdriklik fəlsəfəsi” (2006), “Körpü” (2008), “Səssiz haray” (2009), “Sahilsiz dəniz” (2009), “Pozulmuş dünya” (2010) və b.

Onun fəlsəfi görüşlərinin əsasını vəhdəti-vücud təlimi təşkil edir. O hesab edirdi ki, panteizm – vəhdəti-vücud fəlsəfəsi psixoloji və ictimai baxımdan çox modern və sağlam fikir fəlsəfəsi kimi bəşəriyyətin ictimai inkişafına böyük təsir göstərə bilər; bu təlim yeni ümumbəşəri fəlsəfənin əsasını təşkil edə bilər. O, yazırdı:

İllərdi axtarırdım bir ayna,

Görəm tamam dünyanı, o aynada

Soruşdum bir çoxlarından,

Özlərini itirmiş adamlardan.

Axırda tapdım o şeyi ki,

İnsan özgəsindən istəyirdi.

Allahın özündə olduğunu bilmirdi,

Orda-burda Allah axtarırdı.[1]

Vəhdəti-vücud fəlsəfəsini insanın fikri təkamülü hesab edən Təbriziyə görə, bu günə qədər bir çox filosofların ruhu maddəyə, maddəni ruha qarşı qoyması doğru olmamışdır. O, yazırdı: “Ruhu maddənin, maddəni ruhun qarşısında qoymaq – dünyanı pisə (maddiyyat) və yaxşıya (ruhi) bölmək insanda psixoloji çatışmaz­lıq və ya xəstəlik yarada bilər. Min illərlə ruhla maddənin qarşı-qarşıya qoyulmasından insanlar psixoloji əzab çəkiblər. Bu ikilik məsələsi fəlsəfədə Zərdüşt, Mani və bir çox Şərq filosofları tərəfin­dən araşdırlıb. Məsələn, Zərdüşt onu “Hörümüz və Əhri­mən”, Mani “Nur və Zülmət” adlandırıb. Dünyanın bu iki haldan ibarət olduğunu qəbul ediblər. Bunlara aid çoxlu dastanlar, fərziy­yələr yazılıbdır. Onların hamısı səy ediblər ki, vəhdəti-vücudun necə yaranmasına şərh yazsınlar və bu məsələni həll etsinlər”.[2]

Onun fikrincə, fəlsəfənin təkamül yolunun əsasında vəhdəti-vücud təlimi dayanır ki, bu fəlsəfəni qəbul edən filosoflar maddi və mənəvi olanın bütünlüyünə inanıblar. Bir sözlə, maddi aləm ruha bağlı olduğu kimi, ruhi aləm də maddi ilə əlaqəlidir; birinin varlığı digərinin olmasına bağlıdır, yəni bunlar ayrılmazdırlar. O, yazırdı: “İnsanın narahatlığı və boşluğu, dində və əsatirdə şeytan, cənnət-cəhənnəm məsələsi, bunların hamısı maddi dünyanın yoxluğundan vücuda gəlir. Məsələn, mən düşünmüşəm ki, tarixdə kişilər qadınları niyə fəsad mənbəyi, günah mənbəyi sayıblar? Belə nəzərə gəlir ki, qadının, ananın və s. fiziki anlamda yanında olmamasıdır ki, kişidə bu narahatlığı yaradıb. Özümdən deyə bilərəm ki, uşaqlıqda anamı evdə görməyəndə içimdə bir boşluq, narahatlıq yaranırdı, anam gəlincə ona hirslənirdim. Bu da onu göstərir ki, mənim narahatlığımın səbəbi anamda yox, mənim içimdə yaranan boşluqdadır.Yəni maddənin olmasının ruha o qədər əhəmiyyəti vardır ki, onun olmaması, insanda ruhiyyəni aradan aparır, ruhun boşluğuna səbəb olur və bu boşluqdur ki, bəşəriyyət üçün cürbəcür adlarla – şeytan, cin və s. rol oyanyıblar. Bu boşluqdur ki, vəhdəti-vücudu bir-birinə vurur”.[3]

Onun fikrincə, vəhdəti-vücudun insanların rabitəsində, dünya səthində böyük rolu vardır: “Bütün müharibələr bu balansın pozulmasından yaranır və qlobal mənada bu əsas məsələdir ki, sülh yaratmaqdan ötrü bu iki qütbi bir-birinə yaxınlaşdırır. Bu balansın pozulması cəmiyyətdə də özünü göstərir. Misal üçün toxu aca, dövlətlini kasıba, inkişaf etmiş dövləti geridə qalmış dövlətə, millətlərə bağlayır. Bəşəri uğurlar o zaman olar ki, bu boşluğu aradan götürüb, insanlar arasındakı bir-birilə münaqişə­lərə son qoyulsun. Bu, olmaz məgər ki, insaniyyət və iqtisadiyyat bir-birinə qovuşa, ya maddə ruhla bir ola və yaxud vəhdəti-vücud cəmiyyətdən siyasətə, beynəlxalq münasibətə təbdil oluna?”.[4]

Təbriziyə görə, vəhdəti-vücud fəlsəfəsi, sadə formada desək, maddənin varlığı və insanın ruhunda inkişafa kömək etməsidir; onun olmaması insanın ruhunda ikilik, xəstəlik yaradır. O, yazırdı: “Yəni insan həmişə bölünmüş şəxsiyyətdən psixoloji və ruhi xəstəliklərə düçar olur. Bu ziddiyyətin yaranması tarixdə böyük facilər törədibdir. Demək olar ki, maddi təminatın olmaması insan­ın daxilində çatışmazlıq, boşluq yaradır. Məsələn, dünya malına həris olan bir adamın cəmiyyətin sərmayəsini öz əlində saxlaması, başqalarının aclığına, ölümünə səbəb olması varlığın və pulun günahı deyil. Bəlkə, həris insanın ruhundakı çatışmazlıqdır, dün­yanı dar baxışdan görməsidir”.[5]

O hesab edirdi ki, ruhla maddənin qovuşmaması, ya Şərqlə Qərbin birləşməməsi, qloballaşmanın imkansızlığı səhvidir və yalnış məqsəd daşıyan bir fəlsəfəni davam etdirməkdir. Bizcə, o zaman qan tökmələri dayandırmaq olar ki, dünyanı idarə edənlər pulu, sərvəti, maddi dünyanı sevdikləri kimi insanı və insaniyyəti sevsinlər. Maddi və şəxsi məqsədlərə, mənafelərə xidmət etmək­dən əl çəksinlər. Demək olar ki, dünyaya həqiqi baxış vəhdəti-vü­cud fəlsəfəsidir və insanda bu fəlsəfəni vücuda gətirməkdir”.[6]

Təbriziyə görə, vəhdəti-vücud fəlsəfəsi elmi bəhsdir və onun dinə aidiyyəti yoxdur: “Fəlsəfə, siyasət ola bilər, amma din və ideologiya siyasət olarsa, o zaman insanlar və dünyadakı münasi­bətlər dəyişilə bilər. Yalnız elm insanı qan tökməkdən qurtarır. İnsanların kütləvi şəkildə dinə getməsi fəlakətdir, biz bunun qonşu dövlətdə şahidi olmuşuq (“İran”ı nəzərdə tutur- F.Ə.).[7]

O, “İnsan ruhu” adlı kiçik həcmli şeirində insanın maddi və ruhi bağlılığının vəhdətini əks etdirməyə çalımışdır:

İnsan ruhu böyükdür

Sığışmaz bir məhəbbətə,

Bir ürəyə, bir üzük qaşına.

Xoşbəxt odur ki,

Yerləşdirə bütün dünyanı özündə

Varlısı da, yoxsulu da, çirkini də,

Xoşluğu da, çətinliyi də.

Çünki insandan başqa bir fikir,

Başqa ruh yarnmayıb özündə.[8]

O, yazırdı ki, ruh özü dinamik bir şeydir və ruhun azadlığına yetişmək üçün insan bir neçə mərhələdən keçməlidir: “İnsan birdən-birə insan doğulmur. Tarix kimi insan özü də təkamül tapır. İnsan təbiətə bağlıdır, o, ruhani mərtəbəyə qalxmaq üçün təkamül etməlidir. Onun təkamülü çox zaman məzhəb fonunda şərh ol­unub. İnsanın təkamülü həyatın təcrübələrindən doğub, amma sonralar bu unudulduğu üçün dinlə, məzhəblə, Allahla bağlanıb”.[9]

Qulamrza Səbri Təbrizinin vəhdəti-vücud təlimi ilə bağlı fəlsəfi görüşlərinə ən çox təsir edən Cəlaləddin Rumi və Vilyam Bleyk olmuşdur. Təbrizi hesab etmişdir ki, onlar müxtəlif əsrlərdə, fərqli məkanlarda yaşasalar da, hər ikisi maddi və mənəvi dünyanı vəhdət şəklində görüb, birinin o birisinə təsirini qəbul ediblər: “Onlar fəlsəfi baxımdan bu dünyaların hansı birinisə inkar etmir, onları bir-birinə qarşı qoymurdular. Onların fikrincə, dünyada şeytanın, İblisin meydana gəlməsi insanın madiyyatın əsarətinə düşməsi ilə başlayır. Bu ikiliyi Milton, Dante və başqa sənətkarlarda da görmək mümkündür. Amma C.Rumi və V.Bleyk insanda məhəbbətin, eşqin əbədliyinə inanıblar”.[10]

[1] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.23

[2] Yenə orada, s.4

[3] Yenə orada, s.4-5

[4] Yenə orada, s.5

[5] Yenə orada, s.6

[6] Yenə orada, s.7

[7] Yenə orada, s.7

[8] Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, Apostrof” çap evi, 2011, s.41

[9] Təbrizi, Qulamrza Səbri. Zamanın nəbzi. Bakı, “Turan evi”, 2006, s.47

[10] Yenə orada, s.47


OXŞAR XƏBƏRLƏR

“Kitabi-Dədə Qorqud”da Tanrıçılıq görüşləri

09:58

Üç qardaşın ittifaqından doğan böyük birlik

09:34

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

09:25

Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında

09:12

Daim xatırlanacaq böyük ziyalı

19 Avqust 10:06

“Kitabi-Dədə Qorqud”da Tanrıçılıq görüşləri

19 Avqust 09:44

1917-1920-ci illər Azərbaycan Milli Hərəkatında müxtəlif siyasi partiyaların rolu

19 Avqust 09:25

Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında

19 Avqust 09:10

Repressiya qurbanı Məhəmməd bəy Şahmalıyev: “Bu günü görməkdənsə, mənə güllələnmək daha xoşdur”

12 Avqust 10:18

Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti

12 Avqust 09:33

Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında

12 Avqust 09:03

Türkiyə Azərbaycan tərəfdaşlığı vasitəsilə Suriyaya təbii qaz axını

5 Avqust 16:58

Anuar Əlimcanovun nəsr yaradıcılığı

5 Avqust 09:45

Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti

5 Avqust 09:21

XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi-fəlsəfi ideyalar

5 Avqust 09:10

Ulu Turan şəhidi - Quzey Azərbaycanın xilaskarı, vitse-generalisimus Ənvər Paşa

5 Avqust 09:04

Türkün saz möcüzəsi: Aşıq sənəti – Yenilməz ruhumuzun soraqçısı

29 İyul 10:31

Dərdimizə işıq tutan şair

29 İyul 10:12

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Kartdan pul çıxdı, nə taksi var, nə sürücü... - “Bolt”dan şikayət yağır

10:06

Həyət evlərində yaşayanların nəzərinə: Sentyabrın 1-dən qərar qüvvəyə minir

00:35

Ərdoğandan Zəngəzur açıqlaması: Azərbaycan və Ermənistana işarə etdi

00:01

Solovyov növbəti sərsəm bəyanatla çıxış etdi - VİDEO

25 Avqust 22:29

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad edildi

25 Avqust 22:12

“Ermənistan bunu etsə, sülh sazişi imzalamaq mümkün olmayacaq”

25 Avqust 16:10

SON XƏBƏRLƏR

Kremlin son “qalası” yıxılır?

11:03

Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı – SƏBƏB

10:53

Ukraynadan yeni silah göstərişi: “Flamingo” və “Neptun”

10:27

Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq

10:16

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri

10:14

Kartdan pul çıxdı, nə taksi var, nə sürücü... - “Bolt”dan şikayət yağır

10:06

Son 80 ildə 2 mindən çox nüvə silahı partladılıb - Təsirləri hələ də dünyada qalır

09:58

“Kitabi-Dədə Qorqud”da Tanrıçılıq görüşləri

09:58

Fenomenal ədib Qəzənfər Paşayev

09:48

"Qiyamət radiosu"ndan müharibə xəbərdarlığı

09:46

Üç qardaşın ittifaqından doğan böyük birlik

09:34

Bakıda evlərin qiyməti kəskin dəyişəcək – Tarix verildi

09:29

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

09:25

Məktəbli bazarında ajiotaj: bir uşaq neçəyə "başa gəlir?" - qiymətlər

09:15

Üçrəngli Bayrağınla Məsud Yaşa! - Bir daha Himnimiz haqqında

09:12

Maşın almaq istəyənlər mütləq oxusun: İlin sonuna qədər…

09:10

Ovucların tərləməsi hansı xəstəliklərdən xəbər verir?

08:46

Tramp Müharibə Nazirliyi yaratmaq istəyir

08:44

Ekspertdən şok: Amerika ordusu Ukrayna ordusundan geri qalır

08:39

"Qarabağ"da yeni oyunçu

00:54

Həyət evlərində yaşayanların nəzərinə: Sentyabrın 1-dən qərar qüvvəyə minir

00:35

Bu gün Mehriban Əliyevanın doğum günüdür

00:29

Bu gün Laçın Şəhəri Günüdür

00:27

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

00:20

Qarşıdakı 5 ildə bu ölkələrdə müharibə yenidən alovlana bilər - ABŞ kəşfiyyatı

00:09

Ərdoğandan Zəngəzur açıqlaması: Azərbaycan və Ermənistana işarə etdi

00:01

Trampdan Putinə - XƏBƏRDARLIQ

25 Avqust 23:15

Solovyov növbəti sərsəm bəyanatla çıxış etdi - VİDEO

25 Avqust 22:29

"Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsinin qalibləri mükafatlandırılıb

25 Avqust 22:18

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad edildi

25 Avqust 22:12

Ukraynaya hər ay azı bir milyard dollar lazımdır - Zelenski

25 Avqust 21:33

“Bir günə bitirəcəyəm” demişdi: Tramp sülhdən əlini üzür? - ŞƏRH

25 Avqust 20:55

Qubada “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib - FOTOLAR

25 Avqust 20:01

“Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi davam edir

25 Avqust 19:57

Hizbullah: Biz İsrailin öz məqsədlərinə çatmasına imkan verməyəcəyik

25 Avqust 19:34

Rusiyada neft emalı zavodu 5 gündür yanır – VİDEO

25 Avqust 18:03

Hakan Fidan: İsrailə qarşı güclü təzyiq olmalıdır

25 Avqust 17:57

Ankara-Liviya yaxınlaşması: Təl-Əviv narahatdır

25 Avqust 17:53

Fransa ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırdı

25 Avqust 17:40

Şıxlinski toyuq hininə bənzəyən kamerada saxlanılır

25 Avqust 17:36

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

İran hücuma hazırdır: qoşunlarımız Zəngəzura girəcək – Seyid Əli Sağayan

10 Avqust 11:40

Vaşinqtonda Ankarasız görüş və dəhliz qərarı – Ərdoğanın reaksiyası…

8 Avqust 17:21

Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”

14 Avqust 17:52

Rusiyada azərbaycanlı milyarderlərlə bağlı hökm verildi – Putinin “qara siyahısı”nda kimlər var?

26 İyul 20:18

Azərbaycanlı məşqçi ədalətsizlik edən rus hakimi belə əzişdirdi – VİDEO

28 İyul 22:31

Türkiyə üçün təkəbbürlü təhdid: Ankara əlimizin içindədir!

25 Avqust 14:51

Ukraynada həlak olan azərbaycanlının erməni dostu hamını təsirləndirdi - FOTO

25 Avqust 12:36

Sabirabadda 4 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL - 64 yaşlı şəxsi hansı CƏZA gözləyir?

5 Avqust 17:19

Putin bu dövlətlərin liderlərini TƏHDİD ETDİ: "Əgər Rusiyanı dəstəkləməsəniz..."

23 Avqust 15:50

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

26 İyul 14:58

TƏCİLİ: Səfərbərlik ELAN OLUNDU - Müharibə başlayır

31 İyul 16:21

ABŞ-dan Azərbaycana DƏSTƏK: Bundan sonra...

23 Avqust 21:53

Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”

31 İyul 09:55

Sensasiya: Nəcməddin Sadıqov buna görə vəzifədən azad edilib – “Demək istəməzdim, lakin…”

14 Avqust 16:04



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see251

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see200

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see200

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see175

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see145

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see136

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see132

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see130

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see127

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see127

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see125

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see124

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see123

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see120

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see120

İsrail Yəmənə hücum etdi, prezident sarayı hədəf olub

24 Avqust 2025 17:18see119

Braqa nın hücumçusu Qarabağ a keçəcək?

24 Avqust 2025 17:58see119

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see118

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see118

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri