Qulu Məhərrəmli Şirməmməd Hüseynov adına mükafata layiq görülüb FOTO
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 12-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tanınmış alim və pedaqoq, Multimedia və elektron kommunikasiyası kafedrasının müdiri Qulu Məhərrəmliyə Şirməmməd Hüseynov adına mükafat təqdim olunub.
Tədbiri BDU Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev açıq elan edərək iştirakçıları salamladı və sözü moderator, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlıya verdi. Elşad Eyvazlı çıxışında bildirdi ki, mükafat beş il öncə təsis olunub. O, Şirməmməd Hüseynovu Azərbaycan Cümhuriyyətinin irsi kimi dəyərləndirdi və laureatı təbrik etdi.
BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışında fakültə müəllimlərinə göstərilən bu cür ehtiramın seçilən yolun davamlı olduğunu sübut etdiyini vurğuladı. O, Azərbaycan jurnalistika tarixinin öyrənilməsinin vacibliyini qeyd etdi. Mükafatın təsis edilməsini vəfa borcu adlandıraraq bu borcun ödənilməsinə görə təşəkkürünü bildirdi, Qulu Məhərrəmlini təbrik edib. Dekan Şirməmməd Hüseynovun “Cümhuriyyətin 100 illiyini görməliyəm, ona görə yaşamalıyam” fikrini xatırladaraq, Qulu Məhərrəmliyə də Şirməmməd müəllim ömrü arzuladı.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd etdi ki, bu mükafat təsis olunduğu gündən etibarən görkəmli ziyalılara təqdim olunur. O da öz növbəsində laureatı təbrik edib, uğurlar arzuladı.
Real TV-nin rəhbəri Mirşahin Ağayev Şirməmməd Hüseynovun dərslərini jurnalistika sahəsində aldığı bütün dərslərdən üstün qiymətləndirdi, jurnalistikanı tarixin davamı adlandırdı və Şirməmməd müəllimin tələbəsi olmağın ən böyük mükafat olduğunu dedi.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli Şirməmməd Hüseynov qarşısında mənəvi borcun heç vaxt tam ödənilə bilməyəcəyini bildirdi və bu borcu ödəmək üçün daha çox çalışmaq lazım olduğunu vurğuladı. O, Qulu Məhərrəmlini mükafat münasibətilə təbrik etdi.
Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə, müharibə veteranı-rəssam Tərlan Eyvazov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Arif Əlizadə, Elçin Şıxlı, əməkdar jurnalist Etibar Babayev və Şərq qəzetinin baş redaktoru Akif Aşırlı da çıxış edərək laureatı təbrik etdilər. Tərlan Eyvazov Qulu Məhərrəmlinin portretini ona hədiyyə etdi. Əflatun Amaşov bu mükafatın gələcəkdə türk dünyasının ziyalılarına da verilə biləcəyini bildirdi.
Daha sonra Şirməmməd Hüseynov adına mükafat Qulu Məhərrəmliyə təqdim olundu. Laureat çıxışında mükafatı almağın onun üçün gözlənilməz olduğunu bildirdi və Şirməmməd Hüseynovun dövlətə və xalqa təmənnasız xidmət nümunəsi olduğunu vurğuladı. O, Şirməmməd müəllimin “İşıq düşməyən yerdə zəlzələ və faciələr olur” fikrini xatırladaraq cəmiyyətdə hər zaman işığın olmasını arzuladı.
Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanım çıxışında onun dövləti hər şeydən üstün tutduğunu qeyd etdi, bu mənəvi irsi gələcək nəsillərin qorumasının vacibliyini vurğuladı və mükafata layiq görülən bütün şəxslərə uğurlar arzuladı.
Tədbir sonda xatirə fotosunun çəkilməsi ilə başa çatdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 12 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















