Icma.az
close
up
RU
Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər

Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Peyk təsvirləri üzərindən Xəzər dənizinin sahil xəttinin monitorinqlərini aparırıq. Suyun geri çəkildiyi əraziləri və nə qədər torpağın suyun altından çıxdığını müəyyənləşdiririk. Ən çox çəkilmə dayaz olduğuna şimal hissədədir. Son 20-25 il ərzində 70 kilometrdən çox geri çəkilmə var. Xəzəryanı ərazilərdə suyun ən çox çəkilməsi Qazaxıstanda müşahidə olunur. Qazaxıstan və Rusiyanın şimal hissəsində orta dərinlik 5 metrdir. Bunun əslində iqtisadi zərərləri də var. Neft sənayesi, gəmiçilik ziyan çəkir, limanların rekonstruksiyasına və daim təmizlənməsinə ehtiyac yaranır.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS mərkəzinin direktoru İsmət Baxışov Azərtac-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox geriçəkilmə Qızılağacdadır: “Ümumiyyətlə isə Xəzər dənizinin Azərbaycan sahillərində suyun geri çəkilməsi nəticəsində 700 kvadrat kilometr ərazi suyun altından çıxıb. Əgər prosesə müdaxilə edilməsə və gəmilər üçün yer açılmasa, Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər.

Xəzər dənizinin səviyyə dəyişməsi ilə yanaşı, su səthinin temperaturu və fitoplanktonların dəniz üzərində paylanması, onların sıxlığına dair də monitorinqlər aparılır. Müşahidələr göstərir ki, Xəzər dənizində su səthinin temperaturu qalxır. Son 15 il ərzində 1 dərəcəyə qədər artım var. Volqa çayından su çox gələndə fitoplanktonların dənizdə paylanması çox olur ki, bu da balıqların yaşaması üçün vacibdir. Su azalır deyə onların sahəsi də azalır. Su dayazlaşdıqca duzluluğun artması fitoplanktonlara, bioaləmə təsir göstərir.

Biz Volqa hövzəsini də monitorinq edirik. Çünki Xəzərə 85 faiz su həmin hövzədən gəlir. Volqa hövzəsindən gələn suyun həcminin azalması və buxarlanmanın artması nəticəsində Xəzər dənizinin hər il səviyyəsi orta hesabla 20-25 santimetr enir. Bu davamlı şəkildə gedir. Əgər proses bu cür davam edərsə, səviyyə ilə bağlı beşillik, onillik proqnoz vermək mümkündür. Biz azalma nəticələri ilə yanaşı, buna səbəb olan amillərə də baxa bilirik".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri