"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona” 2026/27 mövsümünə keçirdiyi 8 oyunun hamısında qələbə qazanaraq əla start verib.
QOL.az 2El Nacional"a istinadən xəbər verir ki, buna baxmayaraq, klub daxilində baş məşqçi Hans-Diter Flikdən narazılıqlar yaranıb.
Bildirilib ki, narazılığa səbəb hücumçu Həmzə Abdelkərimlə bağlıdır. 18 yaşlı futbolçu mövsümöncəsi hazırlıq zamanı oyunu ilə klub rəhbərliyini heyran edib. “Barselona”da Abdelkərimin sonrakı inkişafı üçün rəsmi matçlarda müntəzəm olaraq meydana çıxacağı gözlənilirdi.
Lakin Flik yalnız bir görüşdə hücumçunu oyunun sonlarında əvəzləyərək meydana buraxıb. Digər bütün matçlarda isə forvard 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
Almaniyalı mütəxəssis hesab edir ki, hücumçu əsas heyətə düşmək üçün əvvəlcə oyununun bəzi aspektlərini yaxşılaşdırmalıdır. Klub rəhbərliyi isə düşünür ki, futbolçu bu çatışmazlıqları yalnız müntəzəm oyun praktikası sayəsində aradan qaldıra bilər. Bu isə klub rəhbərliyini qəzəbləndirib.
“Barselona” növbəti matçını oktyabrın 10-da doğma meydanda “Xetafe”yə qarşı keçirəcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 22 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















