Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

"Bazarların ardarda bağlanması doğru qərar deyil" Ekspert

"Bazarların ardarda bağlanması doğru qərar deyil" Ekspert

Icma.az, Bakupost saytına istinadən bildirir.


Məlum olduğu kimi, “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq ,bazarda söküntü işləri 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb. Qeyd edək ki, söküntü Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri ilə əlaqədardır. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.

Ancaq “Keşlə bazarı”nın sökülməsi heç də hamının ürəyincə deyil.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bazarlar ölkədə ticarət ənənələrinin çox geniş yayıldığı məkanlardan sayılır. O, Bakupost.az -a bildirib ki, hətta sovet hakimiyyəti özəl mülkiyyətə, alış-verişə qarşı olsa da, o zaman “kolxoz bazarları” mövcud idi:


"Sovet hakimiyyəti ənənələri qorumaq xatirinə bazarların qarşısını kəsmədi. Aşağıdan gələn tələblə bazarlar fəaliyyət göstərirdi. Bu həm də bir növ ənənədir. Əsrlərlə ənənəsi olan bir bazar bu gün yavaş-yavaş tarixə qovuşur. Bakıda demək olar ki, bazar qalmayıb. "Təzə bazar", ondan əvvəl "Nəsimi bazarı" sıradan çıxarıldı. Belə bazarların ard-arda bağlanması ənənənin yaşadılması nöqteyi-nəzərindən doğru qərar deyil. O ənənələr qalmalı, qorunub saxlanılmalı idi. Bazarların olması əhalinin alışqanlıqlarına da uyğun idi, bazara getmək, orada qiymətlə bağlı sövdələşmələr etmək, daha ucuz bazarlıq etmək ənənəyə çevrilmişdi. İndi hər məhəllədə 2-3 supermarket açılır deyə bazarlara olan tələbat da getdikcə azalır. Bazarlar əvvəlki qədər tələb görmür”.

Natiq Cəfərlinin sözlərinə görə, “Keşlə bazarı”nın bağlanması həm iş yerləri, həm də alış-veriş məkanlarından birinin itirilməsi baxımından problemlər yarada bilər. Ona görə də köçürülmə işi nə qədər tez həyata keçirilsə, yaxşı olar:

“Köçürülmə edərkən iqtisadi baxımdan bir neçə amilə diqqət yetirilməsi vacibdir. Ən əsası yer seçərkən ərazinin metroya və nəqliyyat koridorlarına yaxınlığı nəzərə alınmalıdır. Çünki əvvəldən bu bazardan əhalinin aşağı gəlirli təbəqəsi istifadə edirdi və metronun uzaqda yerləşməsi alıcıların gəlib-getməsi üçün çətinlik yaradırdı. Bu bazarı şəhərin yaxın yerlərinə köçürmək mümkün olmasa da, metrostansiyalara yaxın ərazilərə köçürülə bilər. Bu baxımdan bazarın insanların gedə biləcəyi, rahat tapacağı ünvana köçürülməsi olduqca əhəmiyyətlidir”.

N.Cəfərlinin sözlərinə görə, bazarların bağlanması qiymət artımına səbəb olacaq: “Bazarların ard-arda bağlanması əlbəttə ki, qiymətlərə də təsir edəcək. Supermarketlərdə qiymətlər həmişə bazarlardan baha olub, bunun da öz səbəbi var. Çünki marketlərin böyük əksəriyyəti icarədədir, onlar bəzən on minlərlə icarə haqqı verirlər, işçilərin maaşlarını ödəyirlər. Marketlərin izafi xərcləri bazara nisbətən daha çoxdur. Avtomatik olaraq, bu, bazarla müqayisədə qiymətlərin baha olmasına gətirib çıxarır. Bundan başqa, bizim bazarda ən vacib ənənəmiz qiymətdə sövdələşmək idi. İndi bu ənənə ortadan qalxır, marketlərdə bu mümkün deyil, nə qiymət yazılıbsa, o qiymətə də məhsulu almağa məcbursan”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb. “Keşlı bazarı” da məhz yeni yolun tikintisi ilə əlaqədar olaraq sökülür:


“İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. “Keşlə bazarı”nın sökülməsi uzun zaman tələb edir ki, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Yaxşı olar ki, bazar insanlar üçün əlçatan olan bir əraziyə köçürülsün. Bu elə ərazi olmalıdır ki, yaxınlığından nəqliyyat vasitələri keçsin”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri