Icma.az
close
up
RU
"Bu, əməkdaşlıq risklidir" Moskvadan Azərbaycana NATO hədəsi

"Bu, əməkdaşlıq risklidir" Moskvadan Azərbaycana NATO hədəsi

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 30 iyulda keçirdiyi ənənəvi brifinqdə NATO-nun artıq neçə ildir Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib. Onun sözlərinə görə, NATO-nun məqsədi region ölkələrinin resurslarından Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda regionu zəiflətməkdir. “Onlara bərabər hüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”, - diplomat vurğulayıb".

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Mariya Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa daha məntiqi olar:

"Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır. Kreml hər zaman bölgə ölkələrinin bir-birləriylə münaqişədə olmasından faydalanmağa çalışıb. Bir də ki, Zaxarova NATO deyərkən konkret təşkilatı, Brüsseldə yerləşən mərkəzi qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutub? Şimali Atlantika Bloku Cənubi Qafqazda sülh və bölgə ölkələrinin bir-biri ilə əməkdaşlığında maraqlıdır. Çünki, Brüsselin Cənubi Qafqazın hər 3 ölkəsiylə bu və ya digər formada əməkdaşlığı mövcuddur. Belə olan halda NATO öz siyasətinə zidd olaraq Zaxarovanın “məntiqinə” görə Cənubi Qafqazı niyə alovlandırmalıdır?"

E.Şahinoğlu bildirib ki, bölgəni alovlandırmaq istəyənin, bölgə ölkələri arasında münasibətləri gərginləşdirənin ünvanı bəllidir:

"Zaxarova Şimali Atlantika Blokundan danışarkən, Ermənistanın və Azərbaycanın NATO ilə əməkdaşlığın risklərini anlayacağını söyləyib. Görəsən, Zaxarova Gürcüstanın adını niyə çəkməyib? Doğrudur, Gürcüstanın hazırki hökumətinin Qərblə münasibətlərində müəyyən suallar mövcuddur. Ancaq Gürcüstan hökuməti Avropa İttifaqı və NATO-ya üzvlük planından imtina etməyib. Gürcüstanda 5 gün əvvəl NATO-nun təlimləri keçirilib. Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistanın NATO-ya üzvlük kimi hədəfləri yoxdur. Belə olan halda Zaxarova və ona təlimat verənlər Azərbaycanla Ermənistanı niyə hədəf seçiblər? Yəqin Kremldə hesab edirlər ki, Bakı və İrəvan Kremllə münasibətlərin soyuqluğu fonunda özlərinə alternativ yollar axtaracaqlar. Azərbaycanın alternativ axtarışına ehtiyacı yoxdur. NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir və bu bizim üçün yetərlidir".


Zaur, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri