"Çox pisliklər etmişdi" Polkovnikin güllələnməsinə REAKSİYA
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Kiyevdə öldürülən polkovniki İvan Voroniç Rusiya ərazisində diversiya fəaliyyəti ilə məşğul olurdu.
Bakupost.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Telegram kanalında bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçu karyerası ərzində bir çox pisliklərə imza atıb.
"Kiyevdə Rusiya ərazisində təxribatla məşğul olan UTX polkovniki güllələnib. <...> Karyerası ərzində o, yəqin ki, çox bəd əməllər törətməyi bacarıb, - Markov qeyd edib.
Qeyd edək ki, İvan Voroniç iyulun 10-da səhər saatlarında Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, UTX-nın Xüsusi Əməliyyat Mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsini tutub. Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk bildirib ki, Voroniçə səsboğucu tapançadan 5 dəfə atəş açılıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda müstəntiqlər hadisə yerindədir.
Zaur, BakuPost



