"Fərqi yoxdur, “Mançester Yunayted”dir, ya da “Şəfa”dır..." Rəhman Daşdəmirov
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov “Şəfa” ilə oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, futbolçu matçda yaxşı oynadıqlarını və qələbə qazandıqlarını bildirib:
“Oyun fikrimcə, yaxşı keçdi. Yaxşı oynadıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Düşən fürsətlərdən istifadə etdik, qələbə qazandıq. Komanda yoldaşlarımı, azarkeşləri təbrik edirəm”.
Çempionlar Liqası oyunundan sonra Premyer Liqaya köklənməklə bağlı suala Daşdəmirov belə cavab verib:
“Həmişə oynadığımız kimi. Fərqli bir şey yoxdur. Hər rəqibə qarşı ciddi hazırlaşırıq. Fərqi yoxdur, bu, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya “Kəpəz”dir. Hər komandaya qarşı ciddi hazırlaşırıq”.
“Mançester Yunayted”lə oyundan sonra komandaya və futbolçulara yönələn tənqidlərə futbolçu belə münasibət bildirib:
“Sözün doğrusu, görmədim. Amma tənqid varsa, bu, normaldır. Səhvlər qaçılmazdır. Çalışacağıq səhvlərin üzərində işləyək, gələcək oyunlarda səhv etməməyə çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 Sentyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















