"Hökumət belə xəbərləri oxuyub, görəsən, nə düşünür?" Natiq Cəfərli
Icma.az, Bakupost saytına istinadən bildirir.
“Bazar dəyəri 4 trilyon 410 milyard dollar olan məşhur “NVIDIA” şirkəti Ermənistanda süni intellekt və “startup” layilərinin maliyyələşməsinin 1,5 milyard dollar sərmayə, investisiya qoyacağını açıqladı”.
Bakupost.az xəbər verir ki, bnu barədə ReAL partiyası sədri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, yaxın 3 ildə, təqribən, 10 min keyfiyyətli iş yeri yaranacaq, bundan əlavə, dünyada əsas trend olan süni intellekt üçün lazım olan çiplərdən tutun da, proqram təminatına qədər bir çox sahələrdə aparıcı texnologiyalar Ermənistana gələcək:
“Bundan başqa layihə gənclərin, maraqlı və yüksək gəlirli iş axtaran mütəxəssilərin ölkədən köçünün qarşısı alan faktora çevriləcək.
Ermənistanda ÜDM artımı, orta maaş, ÜDM-dən adambaşına düşən pay artıq bizdən çoxdur, səbəbi çox sadədir: iqtisadi azadlıqlar, kiçik-orta sahibkarlara aşağı vergilər, işlək təşviq proqramları – vəssalam.
Bu gün parlamentdə 2026-ci il büdcəsini təqdim edən Azərbaycan hökuməti, belə xəbərləri oxuyub, görüb, görəsən nə düşünür, nə etmək istəyir?! Ümumiyyətlə, düşünürmü, nəsə etmək istəyirmi?!”
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















