Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

"Lotu Quli"nin qətlindən sonra ən səs küylü sui qəsd: Tbilisidəki qanlı hadisəni kim təşkil edib? VİDEO

"Lotu Quli"nin qətlindən sonra ən səs küylü sui qəsd: Tbilisidəki qanlı hadisəni kim təşkil edib? VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bir müddət əvvəl Tbilisidə nüfuzlu "qanuni oğru" Merab Suxumskinin 60 yaşlı qardaşı Levan Djanqvaladze güllələnərək öldürüldü. Bu, "Loti Quli"ni öldürülməsindən sonra baş verən ən səs-küylü qətllərdən biri idi.

Bakupost.az xəbər verir ki, Lenta ru saytı bu qətlin səbəbi və sifarişçiləri ilə bağlı bir sıra yeni detalları təqdim edib.

Məqalədə bildirilir ki, Merab indiki yüksək mövqeyinə görə, uzun illər Rusiyanın və postsovet məkanının əksər hissəsinin kriminal dünyasının boz kardinalı sayılan Levana borcludur:

"Sovet İttifaqı dağılandan sonra DTK generalları məhz Levana işləyirdi. Kriminal avtoritetlərə qarşı ən səs-küylü sui-qəsdlərin arxasında o dayanırdı. Rusiya mafiyasının lideri sayılan Zaxari Kalaşov (Şakro Molodoy) da məhz ondan qorxurdu.

“Praym Kraym” xəbər agentliyinin redaktoru Liliya Xarina Levan Canqveladzeyə qarşı səs-küylü sui-qəsdin arxasında kimlərin dayana biləcəyi və onun ölümünün kriminal aləmdə qanlı müharibənin proloquna çevriləcəyi barədə Lenta.ru-ya maraqlı açıqlamalar verib. "Niyə Levan Canqveladzeyə sui-qəsd Rusiyanın kriminal dünyası üçün əhəmiyyətli hadisəyə çevrildi" sualına Liliya Xarina belə cavab verib:


"Levanın qardaşı Merab Suxumski bu gün "qanun oğrular" arasında dörd ən nüfuzlu şəxsdən biridir. Bu uğurun yarısının Levanın hesabına olduğunu desəm, çətin ki, yanılaram. 1991-ci ilin noyabrından qalan məşhur bir fotoşəkil var: orada həbsdən çıxan Vyaçeslav İvankov (Yaponçik) o dövrün oğru dünyasının ən nüfuzlu liderləri ilə əhatə olunub. Fotoda Yaponçik oğrular Dato Taşkentski (Datiko Tsixelaşvili) və Suxumi oğruları klanının lideri Kako Koxiya (Akaki Koxiya) arasında masa arxasında əyləşib. Koxiyanın solunda Levan Canqveladze, arxasında isə oğru Merab dayanıb. Bu foto Levanın 1990-cı illərin əvvəllərində tutduğu mövqeyi tam əks etdirir.

Levan qardaşının bütün işlərində tam ortağı idi, lakin eyni zamanda, əsl kuklaçı kimi, kölgədə qaldı. Sirr deyil ki, oğru titulu sahibinin əl-ayağını bağlayır, amma qardaşından heç də az səlahiyyətə malik olmayan Levanda bu məhdudiyyətlər yox idi.

Levan Canqveladze


O, Merabın edə bilmədiyi hər şeyi etməkdə tam azadlığa malik idi: qanuni və qeyri-qanuni biznes, kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik sektoru və dövlət qurumları ilə əlaqələrə cavabdeh idi. Sovet İttifaqı dağılandan sonra DTK-nın keçmiş yüksək rütbəli generalları məhz Levana işləməyə başladılar.

Onlar Levana postsovet məkanında ən güclü mafiya strukturunu qurmağa kömək etdilər. Levan Podolsk mütəşəkkil cinayət qrupunun lideri də daxil olmaqla, Moskva vilayətinin bütün cinayətkar qruplaşmaları ilə dost idi və əsas hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirdi.

"Levan Canqveladze Şakro Molodoydan əvvəl Rusiya kriminal dünyasının lideri olmuş Yaponçik və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu oğrulara qarşı sui-qəsdlərin təşkilatçısı hesab olunur. Bu barədə nə düşünürsünüz" sualına isə kriminal saytın redaktoru belə cavab verib:

Şakro Molodoy


"Levanın digər sui-qəsdlərin, o cümlədən Suxum klanında liderlik uğrunda Merab Canqveladzenin güclü rəqibi Vaxtanq Kardavaya (Vaxo Suxumski), Zaza Karkalaya və qardaşların yolunda dayanan bir çox başqalarına qarşı sui-qəsdərin də təşkilatçısı hesab olunurdu. Levanın belə qanlı hadisələrlə onların hamısını üstələməsi onun nə qədər güclü olmasından xəbər verir.

Levan Moskvada olanda hətta Şakro Molodoy da ondan ehtiyat edirdi. Və Levan sağ olduqca, Şakro heç vaxt heç yerdə rahatlıq hiss etmirdi.

Levan daim Moskvada yaşayırdı və çox varlı adam idi. Onun Klyazminskoye su anbarı yaxınlığında çox böyük, dəbdəbəli evi vardı. Həmin evdə 2008-ci ildə Oniani-Canqveladze klanının səs-küylü "sxodka"sı olmuşdu. Burada onun öz yaxta limanı, qulluqçular üçün evləri və təhlükəsizlik xidməti var idi. Levan dəbdəbəli yaşayırdı. Meraba, onun bütün qəbiləsinə və rifahı ondan asılı olanların hamısına kömək edirdi.

Bəs, kim belə bir qüdrətli şəxsiyyətə sui-qəsdi təşkil edə bilərdi?

Levanın həyatına sui-qəsd, əlbəttə ki, yalnız Yaponçik və ya Ded Xasanın qisası deyil. Əvvəla, bu, Merab Suxumskiyə sarsıdıcı zərbə, onun ayağının yerdən üzülməsidir. Deyirlər ki, qatillərin Levanı Moskvadan kənarda yaxalaması təşkilatçılar üçün vacib olub. Əvvəllər də Tbilisidə Levanın həyatına sui-qəsd cəhdləri olub.

Merab Suxumski


Bəzi Telegram kanallarında Merabın qətlin təşkilatçıları ilə bağlı yekun nəticəyə gəlmədiyi barədə məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Merabı bu qədər dar düşüncəli kimi göstərməyə ehtiyac yoxdur. Məncə, hər şey göz qabağındadır. Bu cür səs-küylü cinayətlər həmişə oğrular arasında daxili çəkişmələrin nəticəsi olur. Eyni zamanda, sui-qəsddən dərhal sonra insanlar bunun "qanuni oğru" Laşa Şuşanaşvilinin (Rustavski) “salamı” olmasından danışmağa başladılar. Saxlanılan qatil Gela Udzilaurinin də Laşanın yaxın dostu Georgi Coxadzenin keçmiş cangüdəni olduğu deyilir. Yəni qatilin kimliyi də qətllə bağlı şübhələri Laşaya yönəldir.

Piçuqa (qanuni oğru Yuri Piçuqin) bir dəfə demişdi ki, hər zaman qaniçənliyi ilə seçilən Laşanı qiymətləndirməmək olmaz. Şəxsən mən konkret adlar çəkmədən razılaşardım ki, izlər Rustaviyə (Laşa Şuşanaşvilinin doğma şəhəri) aparır.

Laşa Şuşanaşvili


Və təbii ki, Şakronun günahsızlığından danışmaq sadəlövhlük olardı: o, kriminal dünyanın knyazıdır - onun xəbəri olmadan heç bir ciddi iş görülmür. Merabın zəifləməsindən əsas faydalanan şəxs Şakrodur. Bundan əlavə, onların arasında güclü qarşılıqlı nifrət var".

Bəs, Levan Canqveladzeyə sui-qəsddən sonra kriminal aləmi nə gözləyir?

Lenta.ru yazır ki, Levana sui-qəsd Lotu Qulinin 20 avqust 2020-ci ildə Antalyada güllələnməsindən sonra bu qəbildən olan ən səs-küylü hadisədir, lakin nəticələr qeyri-mütənasib olacaq.

Xarinanın fikirncə, David Ozmanova (Şakro Molodoyun qardaşı oğlu Dato Krasnodarski) hücumda iştirak edən yaxın ətrafı uzun müddətdir ki, Merabdan şikayət edirdilər. Deyirdilər ki, biz dovşan kimi güllə yağışına tutulanda sən fəaliyyətsizsən. Merab hansısa səbəbdən bu məsələ ilə bağlı tədbir görmədi. Bəlkə də bu, yaşı və gənc həyat yoldaşı ilə bağlıdır ki, artıq heç kimlə döyüşmək istəmir:


"Ancaq daha az xeyirxah düşmənləri ona heç bir şans buraxmadı. Kriminal aləmin qanunlarına görə Merab cavab verməlidir. Onun arsenalında bunun üçün kifayət qədər barıt olub-olmadığını zaman göstərəcək. Bir şeyi dəqiq bəllidir: onun düşmənləri Levanın qətli ilə kifayətənməyəcЭk. Merab nə qədər ki, sağdır, onlar üçün çox təhlükəlidir".


Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri