Icma.az
close
up
RU
"Milli qələbə qazanmağa borcludur" Əfran İsmayılov

"Milli qələbə qazanmağa borcludur" Əfran İsmayılov

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov

Azərbaycan millisinin sabiq futbolçusu, “Şəfa” klubunun yeni vitse-prezidenti Əfran İsmayılov yığmanın UEFA Millətlər Liqasındakı çıxışı, Lixtenşteyn və Litva ilə oyunları, həmçinin hazırkı heyəti barədə danışıb.

O, QOL.az saytına açıqlamasında millinin Lixtenşteynlə qarşlaşmada qələbə qazanmalı olduğunu bildirib. Ə.İsmayılov qeyd edib ki, Azərbaycan millisi qrupda liderliyi hədəfləməlidir:

“Lixtenşteynlə oyunda, əlbəttə ki, qələbə gözləyirik. Rəhbərlik də, baş məşqçi də, futbolçular da bilirlər ki, orada lider kimi çıxmalıyıq və daha yuxarı yerləri fikirləşməliyik. Ona görə də mütləq qələbə qazanmaq lazımdır, başqa variant yoxdur. Çünki Lixtenşteynin 6, bizim isə 1 xalımız var.

Ondan sonra ciddi şəkildə Litva ilə matça hazırlaşmaq lazımdır. Litva demək olar ki, bizimlə eyni səviyyəli komandadır. Gərgin mübarizə gedəcək. İnanıram ki, qalib tərəf biz olacağıq. Milli bizim gözümüzdür. Bütün dualarımız millimiz üçündür. Qələbə qazanmağa borcludurlar”.

Sabiq futbolçu hazırkı heyətlə bağlı da fikirlərini bölüşüb. O, əvvəlki illərlə müqayisədə seçim imkanlarının azaldığını deyib:

“Açıq desək, əldə olan futbolçulara uyğun heyət yığılıb. Başqa bir şey yoxdur. Heyətdə futbolçu azlığı var. Nə varsa, onu da çağırıblar. Normal heyətdir. Əvvəlkilərlə müqayisə etmirəm. Əvvəl variantlarımız çox idi. Bir mövqeyə üç-dörd futbolçu var idi, onlardan seçim edib çağırırdılar. Ona görə indikini əvvəlki ilə müqayisə etməyə dəyməz. İndi həqiqətən futbolçu qıtlığı var”.

Ə.İsmayılov millinin son dönəmdə daha çox tənqid olunmasının səbəbini də açıqlayıb: “Millini həmişə tənqid edirlər. İndi  tənqidlər bir az da artıb. Çünki əvvəl bizim vaxtımızda Millətlər Liqası yox idi. İndi isə bu turnir var və bizə dişimizə uyğun rəqiblər düşür. Ona görə hamı fikirləşir ki, bu rəqiblərə qalib gəlməliyik. Doğru da fikirləşirlər. Daha irəli getməliyik”.

O, sonda millinin qrupda lider olacağına inandığını bildirib: "Ümid edirəm tezliklə milli bu qrupdan çıxar, ən azından lider olar. Çünki lider olmalıdır, borcludur. Dişimizə uyğun rəqiblərdir. Yaxşı baş məşqçimiz var. Ayxan müəllim özü bilir necə işləmək lazımdır. Heyəti də qura bilir. İnanıram ki, birinci yeri tutacaqlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri