Icma.az
close
up
RU
"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" "Yasamal Hospital"dan ŞİKAYƏT

"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" "Yasamal Hospital"dan ŞİKAYƏT

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Müayinə üçün "Yasamal Hospital"a müraciət edən Elşən Əliyev adlı vətəndaş ödəniş etməsinə baxmayaraq, həkim qəbuluna düşə bilmədiyini və bu səbəbdən problem yaşadığını bildirib.

Bakupost.az -ın məlumatına görə, o, ürək check-up üçün 95 manat ödəsə də, günlərdir onu müayinə edəcək həkimin tapılmadığını, həmçinin ödədiyi məbləğin geri qaytarılmadığını deyib.

""Yasamal Hospital"da ürək check-up-ı üçün 95 AZN ödəmişəm. Bir həkim tapılmır ki, məni müayinə etsin. Nə ödənişi geri qaytarırlar, nə də həkim tapılır. Konkret "atmaq"la məşğuldurlar", - şikayətçi vurğulayıb.

Şikayətçinin sözlərinə görə, klinika ilə əlaqə saxladıqda ona səbəb kimi həkimlərin sərbəst qrafiklə işləməsi göstərilib:

“Qoyduqları nömrələrə zəng edirsən, deyirlər, bizlik bir şey yoxdur. Baş həkim deyir, bizdə sərbəst qrafikdir.Yəni, kim nə vaxt istəyir, o vaxt gəlir."

Məsələ ilə bağlı "Yasamal Hospital"ın check-up şöbəsinin rəhbəri Kənan Quliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən pasiyent yalnız həkim qəbuluna düşə bilməyib, lakin digər bütün müayinələr aparılıb:

“Pasiyent bütün müayinələrdən keçib və ona bütün cavablar təqdim olunub. Sadəcə həkim qəbuluna düşə bilməyib. Bu da həkimin Lənkərana ağır vəziyyətdə olan bir xəstənin yanına getməsi ilə bağlıdır. Amma pasiyent öncədən zəng etməklə 1 ay müddətində həkim qəbuluna yazıla bilər.”

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see294

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see232

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see134

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see128

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see124

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri