"Qarabağ atı"na görə Azərbaycana təşəkkür etdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Astanadakı qərargahına "Qarabağ atı" heykəlinin hədiyyə edilməsinə görə Azərbaycana təşəkkür edib.
Axar.az xəbər verir ki, o, bunu AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
"Bu hədiyyəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm", - K.Sarıbay qeyd edib.
O, həmçinin ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri nəzərə alınmaqla inşa edilmiş AQEM-in qərargahını təqdim etdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib:
"Bundan əlavə, Asiya mədəniyyətinin müxtəlifliyini əks etdirən və qərargahı əsl Asiya diplomatiyası məbədinə çevirən sənət əsərlərini hədiyyə etmiş üzv dövlətlərə minnətdarlığımı bildirirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 15 Oktyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















