"Qarabağ" çox güclü komandadır Yanev
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
MOİK (Sofiya, Bolqarıstan) futbolçuları "Qarabağ"la matçda özlərini yaxşı tərəfdən göstəriblər.
Axar.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis heç-heçə bitən görüş barədə danışıb:
"Bu oyun bizim üçün vacib idi. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. İnanıram ki, cavab matçında da yaxşı oyun sərgiləyəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq. Ümid edirəm ki, cavab matçında növbəti mərhələyə yüksələn tərəf biz olacağıq".
O, Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:
"Qarabağ" çox güclü komandadır. Onlara qarşı diqqətli çıxış etməyə çalışırdıq. Əks təqdirdə vəziyyət başqa cür ola bilərdi. Fasilədə futbolçularıma müdafiədə diqqətli olmağı tapşırdım. Çünki qol buraxmaq istəmirdik".
Qeyd edək ki, "Qarabağ" və MOİK komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 İyul 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















