"Terrorsuz Türkiyə" ilə bağlı TBMM son qərarını verdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsi avqustun 10-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.
Axar.az xəbər verir ki, 562 deputatdan 468-i normativ aktın lehinə səs verib.
12 maddədən ibarət olan qanunvericilik təşəbbüsünün məqsədi zorakılıq yolundan imtina etmiş cinayətkar təşkilat üzvlərinin cəmiyyətə yenidən inteqrasiyasının təmin olunmasıdır.
Sənədə əsasən, terror təşkilatının tərkibində törətdikləri qanunazidd əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər barəsində cəzanın icrası 5 il müddətinə təxirə salına biləcək. Əməllərinə görə 15 ildən artıq və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər üçün isə bu müddət 10 il olacaq.
Qanundan yararlanmaq istəyən şəxslər 6 ay ərzində müraciət edə biləcəklər. Bununla yanaşı, cəzanın icrasının təxirə salınması iddia müddətinin başa çatmasına görə cinayət məsuliyyətindən azad edilmək üçün əsas hesab olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 11 Avqust 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















