Icma.az
close
up
RU
“Qurani Kərimdə nə hicab, nə də niqab məsələsi tam şəkildə qoyulmayıb”

“Qurani Kərimdə nə hicab, nə də niqab məsələsi tam şəkildə qoyulmayıb”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Hesab edirəm ki, orta məktəblərdə uşaqlar vahid məktəbli geyimindən istifadə etməlidirlər. Uşaqların dini inanclarının formalaşmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Məktəb isə uşağa hər hansı dini dünyagörüşünü təlqin etməməli, onun öz fikirlərini formalaşdırması üçün şərait yaratmalıdır. Çünki müəyyən yaşda uşağın bu məsələlərə dair müstəqil qərar vermək səlahiyyəti və yetkinliyi yoxdur”.

Bunu “Yeni Sabah”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

O, bildirib ki, islamda da uşaqların tərbiyəsi və mənəvi inkişafı məsələsinə xüsusi yanaşma var: Sezar pizza

“Buna görə də mən bu məsələnin yenidən müzakirəyə çıxarılmasının tərəfdarıyam. Ancaq baş örtüyü məsələsini digər dini tələblərlə qarışdırmaq düzgün deyil.

Qurani-Kərimdə qadınların geyimi ilə bağlı müəyyən göstərişlər var. Deyilir ki, baş örtüyünüzü sinənizə, eyni zamanda çiyinlərinizə örtün ki, həmin yerlər və qızıllar görünməsin. Lakin Qurani-Kərimdə nə hicab, nə də niqab məsələsi tam şəkildə qoyulmayıb.

Baş örtüyü məsələsini çadra ilə qarışdırmaq lazım deyil. Özümüzün kəlağayımız var. Baş örtüyü ilə bağlı ayələrin məzmununu və həmin dövrün ictimai şəraitini nəzərə almaq lazımdır.

O dövrdə zinət əşyaları və qadınların geyimi ilə bağlı müəyyən adət-ənənələr mövcud idi. Bu məsələləri tarixi və dini kontekstdən kənarda qiymətləndirmək düzgün olmazdı.

Hicab məsələsinin tarixi islamdan daha qədim dövrlərə gedib çıxır. Buna görə də mövzunu yalnız dini müstəvidə deyil, tarixi və ictimai baxımdan da araşdırmaq lazımdır”.

R. Əliyev hesab edir ki, ötən gün baş verən hadisələrdə təxribat elementləri var:

“Məktəblərin şüşələri sındırıldı, çox acınacaqlı durumdur. Səsələndirilən şüarlar isə sırf imam Hüseyn şüarları idi. Burada 100% təxribat elementi var.

Mənim fikrimcə, müəyyən qüvvələr bu məsələni öz maraqları üçün istifadə etməyə çalışırlar. Həm İran, həm də Türkiyə ilə əlaqəli bəzi dairələr bu proseslərdən istifadə etdilər, daha çox isə İran. Müxtəlif dini qrupların və onların əlaqələrinin də bu kontekstdə nəzərə alınması vacibdir.

Biz belə hallarda təxribatlara şərait yaratmamalı, baş verən hadisələri diqqətlə araşdırmalı və məsələnin mahiyyətini düzgün müəyyənləşdirməliyik. Əsas məqsəd cəmiyyətdə gərginliyin artmasının qarşısını almaq və bu cür məsələlərin sağlam müzakirə mühitində həllinə nail olmaqdır”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri