Icma.az
close
up
RU
Ramazan “Qurani Kərim”in baharıdır

Ramazan “Qurani Kərim”in baharıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Deyirlər ki, minlərlə çiçək var, amma gül başqadır. Milyonlarla insan var, amma dost başqadır. Neçə-neçə aylar var, amma bu ay – Ramazan başqadır. Ulu Tanrı gəlişi ilə çölə-çəmənə yaşıl rəng səpələyən, min bir rəngli gül-çiçəyi ilə dünyamızı bəzəyən, dağların zirvəsindəki qarı əridib şaqqıltı ilə axan çaylara qovuşduran, büllur bulaqları qış yuxusundan oyadıb onlara həzin nəğmə oxutduran, ilıq nəfəsi ilə payızda soyuqdan özlərinə yer axtarıb isti ölkələrə üz tutan quşları geri çağıran baharı var etdiyi kimi, Ramazan ayını da “Qurani-Kərim”in baharı olması üçün var etdi. Onun başına “tac” qoyub on bir ayın sultanı elan etdi. Bu ayın qədərinə müqəddəs kitabımızın nazil olmasını nəsib etdi. Ramazanla müsəlman aləmi özünün yeni bir dövrünə – baharına, yazına qədəm qoydu. İslam dini bu baharla dinlərin ən ali mərtəbəsinə ucaldı. Allahın sonuncu elçisi Həzrəti Məhəmmədə (s.a.s) peyğəmbərliyin bu ayda verilməsi, müsəlmanların Məkkəni Ramazanda fəth etməsi, bir də oruc kimi möhtəşəm ibadətin bu aya layiq görülməsi, sanki Tanrının da həmin 30 günə sevdasındanmış…

Məlumdur ki, oruc İslamla başlamamışdır, insanlar İslamdan əvvəl də oruc tutmuşlar. Bu, “Qurani-Kərim”də də açıq-aşkar ifadə edilmişdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi” (Bəqərə, 183). Lakin yuxarıda sadalananların on bir aydan fərqli olaraq məhz bu aya sığdırılması Ramazanı zaman-zaman müqəddəsləşdirdi. Allah-Taala orucla bağlı buyurub: “... Oruc mənim üçün edilən və riya qarışmayan ibadətdir. Onun mükafatını mən verəcəyəm. Çünki oruc tutan yeyib-içməyini və digər istəklərini mənim üçün tərk edib”.

Oruc tutmaqla Allahın əmrini sevərək yerinə yetirən möminlərin bağışlanacağını, günahlarının silinəcəyini müjdələyən Həzrəti Məhəmməd isə belə buyurub: “Kim inanaraq, mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar… İnsanın hər yaxşı əməlinin əvəzi qat-qat verilir. Bir yaxşılıq on qatdan 700 qata qədər mükafatlandırılır”. Bundan aydın olur ki, oruc Uca Yaradana böyük səbir və fədakarlıqla edilən ibadətdir. İldə bir ay ərzində insanın gecənin ala­qaranlığından günəş batana qədər ən təbii haqqı və zəruri ehtiyacı olan qidadan uzaq durması böyük iradə və səbrin, inamın nümunəsi, Allahın əmrlərinə təslim olmanın göstəricisidir.
Ramazan ayı Allaha ibadətlə yanaşı, həm də bu ayda ac qalmaq tibbi cəhətdən insanlar üçün çox əhəmiyyətlidir. Orucda böyük ilahi hikmət var. Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında da mühüm rol oynayır. Axı bu əməli vacib edən Allah-Taala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz. Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc ibadətlə yanaşı, insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi də nəzərdə tutulub. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi yunan müdrikləri müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər. Müasir alimlər də yemək-içməkdən imtina etməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə ­etmişlər.
Bir çox dərdin dərmanı elə insanın öz əlindədir. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür. Oruc tutarkən mədə, bağırsaqlar, qara­ciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, damarlar xolesterindən azad olur, beyin daha yaxşı işləyir. Orqanizmdə zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Bir çox insanın əziyyət çəkdiyi artıq çəkidən və onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün oruc təsirli vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, spirtli içkilərə və sair) bağlılığı tərgitməyə də kömək edir.
Oruc tutmaq, həmçinin bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Bu yaxınlarda bir mənbədən oxumuşdum ki, Norveçdə aparılan elmi-tədqiqat nəticəsində qida qəbulundan imtinanın oynaqların iltihabının müalicəsində effektiv vasitə olduğu təsdiqlənmişdir. Bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə, təxminən Ramazan orucunun müddətinə bərabərdir.
Oruc insan psixikasına, əsəb sisteminə də müsbət təsir göstərir, bir sıra psixiatrik xəstəliklərin müalicəsində əvəzsiz vasitədir. Maraqlı bir faktı da deyim ki, rus alimi, professor Yuri Nikolayev məhz oruc vasitəsilə 7 min nəfərdən çox psixi xəstəni müalicə etmişdir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, oruc ona müsbət təsir göstərməsin.
Oruc ancaq yeyib-içməkdən uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan özünü qorumaqdır. Oruc tutan adam halal yeməkdən iftara qədər uzaq qaldığı kimi, dilini yalandan, əllərini haram işlərdən, mədəni haram loxmadan, gözləri harama baxmaqdan, qulaqları yalan və qeybət eşitməkdən, ayaqları pis işlərin arxasınca getməkdən uzaq tutmalıdır. Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar. Hamı bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdır. Allah-Taala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini diktə etmişdir. Həm də ki tək Ramazan ayında deyil, başqa günlərdə də bunlara diqqət yetirilməlidir.
Bütün bunlardan sonra belə qənaətə gəlirəm ki, müsəlmanlar üçün Allah-Təalanın buyurduqlarını başdan-başa özünə sığdıra bilən Ramazan ayı, həqiqətən də, “Qurani-Kərim”in baharı, həm də heç zaman solmayan baharıdır.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri