Icma.az
close
up
RU
Qurban Qurbanov: Elə danışırlar ki, sanki hər şeyi edən bizik

Qurban Qurbanov: Elə danışırlar ki, sanki hər şeyi edən bizik

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik. Amma alınmadı. Daha çox təzyiq etmək lazım idi. İsti hava və süni örtük təsirini göstərirdi. Meydançanı oyundan əvvəl sulamamısdılar. Yəqin həmin işə baxan şəxslər evə getmişdi. Bu gün futbola əks hər şey var idi. Belə şəraitdə futbol oynamaq asan deyil. Rəqib oyunun tempini salırdı. Hakim də onlara qoşulmuşdu. "Kəpəz"ə uğurlar arzulayıram. Qol fürsətlərindən istifadə edə bilmədik.

- Meydançanın sulanmamasının məsuliyyətini kim daşıyır?

Bilmirəm.

- İntizam Komitəsinin verdiyi cəzalar oyunun hazırlığına təsir etdi?

- Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Bacın görək orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartılar ki... "Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki "Araz-Naxçıvan" futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki, rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər.

- Tovuzda futbolla bağlı vacib tədbirlər keçiriləcəyinə görə oyun burada keçirildi. Amma İcraiyyə Komitəsinin iclası Bakıda baş tutdu. Bunun səbəbi nədir?

- İclas burada keçirilməli idi. Biz də razılıq verdik. Son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib idi olduğuna görə iclas Bakıda baş tutacaq.

- Ramazan ayında futbolçuların oruc tutması onların performansına təsir edir?

- Futbolçuların oruc tutmasından daha çox meydançaların vəziyyəti onların oyununa təsir edir. Dünyanın hər yerində futbolçular oruc tutur.

Elçin Əlixan 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Mart 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri