Icma.az
close
up
RU
Biz də FCSB ni məğlub etmək istəyirik Qurban Qurbanov

Biz də FCSB ni məğlub etmək istəyirik Qurban Qurbanov

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bu, ilin ilk Avroliqa oyunudur. Matça tam hazır olmaq bizim üçün çox vacibdir. Demək olar ki, çox hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Amma bilirik ki, çox istəkli bir komandaya qarşı çıxış edəcəyik. Avroliqada çox yaxşı nəticələr əldə ediblər. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərtliyi ilə seçilib. Sabah biz çox vacib bir mübarizəyə hazır olmalıyıq. Demək olar ki, hazırıq. Çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək və azarkeşlərə gözəl oyun göstərək. Çox istəyirik ki, vacib qələbən qazanaq".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah Bakıda FCSB-yə qarşı keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, görüş haqqında ümumi fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Komandada itkilər var. Sabahkı matçda bu itkilərə görə hansısa taktiki dəyişikliklər edəcəksinizmi? 

- Elə ciddi bir dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edirik. Düşündüklərimizi meydanda göstərməyə çalışırıq. Sadəcə ola bilər ki, xırda dəyişikliklərə yol verək. Bəlkə hücumun qurulmasında, bəlkə də hücumun başlanmasında. Amma ümumilikdə illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı görüşdə ilk dəqiqələrdə meydanda olmayacaq və ya ümumiyyətlə matçda iştirak etməyəcək futbolçularla da səhvlərimiz çox olub. Sadəcə biz həmin səhvləri sabahkı matçda etməməliyik. Çünki rəqib komanda hətta xırda səhvi belə bağışlamır. Ona görə də bəzi məqamlara çox diqqət ayırmalıyıq. 

- FCSB-nin klubun prezidenti Cici Bekali öz açıqlamasında bildirib ki, "Qarabağ"ı məğlub edəcəyik. Buna münasibətiniz necədir? 

- Normaldır. Bu idmandır. Əlbəttə ki, hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə danışır. Biz də bu komandanı məğlub etmək istəyirik. Bu cür açıqlamalara normal yanaşıram. 

- Liqa mərhələsindəki rəqibləriniz müəyyənləşəndə FCSB ilə bağlı nə düşündünüz? Bu komandanın hazırkı mövqeyi sizin üçün təəccüblüdürmü və FCSB-ni güclü bir komanda hesab edirsinizmi? 

- Xüsusi bir fikrim olmamışdı. Mən bütün komandalara ciddi yanaşıram. Heç bir rəqib arasında fərq qoymuram. Sadəcə olaraq hazırlıqda, oyunun gedişatında xırda dəyişikliklərim olur. Bu komandanın nəticələrini də normal sayıram. Məncə, göstərdikləri oyuna, məsuliyyətlərinə görə haqlı nəticələri var. 

- Sizcə, FCSB-nin ən güclü tərəfi nədir? 

- Futbol kollektiv oyunudur. Kollektiv oyunu təkmilləşdirmək istənilən komanda, məşqçi üçün çətindir. Amma FCSB-nin ən üstün cəhəti də odur ki, həm müdafiədə, həm də hücumun gedişatında hamı çox sadə və kollektiv bir şəkildə oyun nizam-intizamını sonadək qoruyub-saxlaya bilir. 

- Bir neçə gün əvvəl "Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozal dünyasını dəyişdi. Onun vəfatı klub daxilində hansı ab-havanı yaradıb? 

- Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün ağır bir itkidir. Onun "Qarabağ"ın hətta, mənim, Azərbaycan futbolunun üzərində çox böyük haqqı var. Abdolbari Gozal elə bir şəxs idi ki, hər bir addımı düşünərək edirdi. "Qarabağ" Futbol Klubunun uğuru üçün ürəkdən və sevərək işlər görürdü. Belə bir insanın vəfatı hər birimiz üçün böyük itkidir. Klubda çox məyusluq var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Amma nə qədər etsək də, yəqin ki, bunu hələ çox görəcəyik. Allah ona rəhmət etsin. 

- Pley-off şanslarını qorumaq üçün sabahkı oyunda qələbə qazanmaqdan başqa yol yoxdur. Bu məqam komandada hansısa psixoloji təzyiq yaradırmı? 

- Əlbəttə ki, qələbə üçün hazırlaşırıq. Amma bu görüşdə uduzsaq, heç bir uğura nail olmayacağıq deyə çox dərinə getmək də lazım deyil. Çünki futbolda bizim əldə etdiyimiz kiçik uğurları qazanmaq asan deyil. Qələbə üçün hazırlaşmışıq. Amma Sadəcə qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Asan bir rəqib deyil.

- Görüşün hakimi ilə bağlı Rumıniyada çox böyük narazılıq var. Onun qəddarlığı ilə seçildiyini deyirlər. Xüsusilə, son matçlarda xeyli penalti təyin edib və vərəqələr göstərib. Bununla bağlı komandaya tapşırıqlar vermisinizmi? 

- İndi bu məsələ haqda düşünməməyimiz daha yaxşı olar. Hələ oyun öncəsi futbolçularımızı psixoloji baxımdan buna yönləndirmək düzgün deyil. Amma hər bir matçdan əvvəl futbolçulara məlumat verilir ki, hansı hakim nəyə diqqət ayırır, nəyi cəzalandırır. Hətta epizodlar belə göstərilir. 

- "Qarabağ" rumıniyalı məşqilərin komandalarına qarşı oynayıb. Məsələn, Laaurentsiu Regekampf, Mirça Rednik, Adrian Mutu... Sizcə, onlardan hansı daha güclüdür? 

- Mən buradan onların hər birini salamlayıram. Onlara qarşı oynamaq mənim üçün xoş olub. Futbolda böyük adlardır. Hansının daha üstün olduğunu demək düzgün çıxmaz. Amma Rednikə qarşı matçlarımız daha maraqlı keçirdi. Lakin hər bir halda onlar böyük imzalardır. 

- 16 ildir ki, "Qarabağ"ın baş məşqçisisiniz. Bu, Rumıniyada çox böyük müddətdir. Adətən, 2 il sonra baş məşqçi dəyişikliyi edilir. Siz rumıniyalı məşqçilərə hansı məsləhətləri verərsiniz ki, komandalarında belə uzun müddət qalsınlar?

- Bəlkə də Rumıniyada məşqçilər çoxdur deyə belə tez-tez dəyişikliklər edirlər. (Gülür). Özüm barədə danışmayacağam. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri