Qurban Qurbanov son turda yalnız bu futbolçunun xidmətindən məhrumdur
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının 36-cı - sonuncu turunda "Şamaxı"nın qonağı olacaq "Qarabağ"ın turnir cədvəli baxımından xüsusi önəm daşımayan oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:
"Heyətdə cəzalı oyunçu yoxdur. Aleksey İsayev zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək".
Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" qarşılaşması mayın 24-də keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səsləndiriləcək. Çempionluğu vaxtından əvvəl təmin edən ağdamlılar 86 xalla turnir cədvəlinin zirvəsində, 36 xal toplayan "aslanlar" isə 7-ci pillədə mövqe tutublar.
Nihat
Bu mövzuda digər xəbərlər:Qurban Qurbanov qarşıdakı matçda neçə futbolçunun xidmətindən məhrumdur? AÇIQLAMA
07 Noyabr 2025 14:20
Rəşad Sadıqov yalnız bu futbolçunun xidmətindən məhrumdur
19 Noyabr 2025 17:32
Qurban Qurbanov
24 May 2025 19:31
Qurban Qurbanov: “
11 Fevral 2025 22:14
Qurban Qurbanov ölkədə ən yaxşı futbolçunun adını açıqladı
22 Dekabr 2024 22:21
Baxış sayı:119
Bu xəbər 22 May 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















