Icma.az
close
up
RU
Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçan sərçələr və …sabah haqqında

Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçan sərçələr və …sabah haqqında

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

əvvəli: burda
2-ci yazı
Yox, hələ başqa deyəcəklərim də var. Eyni ilə ötən əsrin 68-80-ci illərinin “Neftçi”si kimi “Qarabağ”ın nəticələri də bu gün respublikanın “istehsalat göstəricilərini” (guya istehsalat var da!), ümumi ab-havanı, adamların əhval-ruhiyyəsini müəyyənləşdirən barometrdi. Hələ o hər qələbəni, hər qolu, hər seyvi sevinc göz yaşları ilə qarşılayan cocuqlar, Vətənin gələcəyi olan körpə fidanlar var e, məğlubiyyətə elə üzülürlər ki, adamın üzərinə sanki lay divar çökür. Bəli, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki qələbələri ilə həm də vecsiz yığması olan ölkənin futbolunun ölmədiyini, ayaqda olduğunu, irəlidə parlaq günlərin ola biləcəyini göstərir.
Dünən, bu gün yazdıqlarımla “Qarabağ”ın müasir Azərbaycanın həyatındakı, kültüründəki, hətta adamların yaşam tərzindəki əlahiddə rolunu anlatmağa çalışdım. Bacardımsa, nə yaxşı, bacarmadımsa, yazını tamamlayırmış kimi əlavə edərsiz.
Amma və lakin... Ortada bir qorxunc “Enfild” məğlubiyyəti var. Və həmin məğlubiyyətə görə bu gün ilk yazıda “Qarabağ” vurğunları” adlandırdığım qrupun “Realist “Qarabağ”lılar”ın ünvanına hərzə-hədyan danışmasının, “pley-offa vəsiqəni unudub, bu məqamı qabartmağınız gülüncdü”, “Qarabağ”ı gözünüz götürmür” kimi ifadələr işlətməsinin heç bir əsası yoxdu. Axı o acı məğlubiyyəti necə qəbul etmək olar?! Bu iki fərqli xətti necə bir-birinə qarışdırırsız?!
Meydanda əvvəlki 7 oyunda gördüyümüz “Qarabağ”dan əsər-əlamət yox idi. Təsadüfi deyil ki, “Liverpul” məhz bu oyunda rəqib qapısına zərbə sayına (38!) görə ÇL-in son 10 ilinin rekordunu müəyyənləşdirdi. Elə bir futbolçu yoxdu ki, az-çox normal oynadığını deyək. Bilirəm, çoxları Medinanın adını çəkir. 6 qol buraxan komandanın müdafiə xəttini necə fərqləndirmək olar – bilmirəm və bilmək də istəmirəm. Çünki futbola belə yanaşmanın heç bir elmi-məntiqi-praqmatik əsası yoxdu.
Və futbolçularının, komandasının potensialına bələd olan Qurban Qurbanov 0:6-ya görə paltardəyişmə otağında yetirmələrinə hər cür acı söz deyirsə, məğlubiyyəti sorğulayırsa, narazı qalırsa, mən – sıravi jurnalist, azarkeş nədən pley-offa vəsiqənin parıltısına kor olub, o mənhus oyunu unutmalıyam? Düzdü, Qurban bəy oyunsonrası mətbuat konfransında uğursuzluğu futbolçuların arxayınlığı ilə izah edib. Amma belə arxayınlıq olubsa, birmənalı şəkildə hörmətli baş məşqçi günahkardı!
Gəlin razılaşaq ki, 2-ci qolun vurulduğu 21-ci dəqiqədən sonra “Liverpul”la oyun bizim üçün bitdi. Ekrandan Tural Dadaşov tez-tez turnir cədvəlindəki durumu xatırladır, biz isə ona da inanmırdıq; milyonlarla azərbaycanlı “soccerstand”, “livescore” və başqa bu tipli statistika saytlarına hücum çəkirdi ki, necəsə, hansı yollasa “Qarabağ”ın ilk 24 pillədən aşağı düşməsinə “imkan verməsin”. Yaxşı ki sonda başqa oyunlarda istəmədiyimiz nəticələr qeydə alınmadı, son tur ərəfəsində pley-off şansı 96 faizlə dəyərləndirilən “Marsel”in acı taleyini yaşamadıq. Və nə yaxşı ki biz yola davam edirik. Müstəqilliyə qovuşduğumuz gündən bəri ÇL-in əfsanəvi himnini dinləyəndə arzulayırdıq ki, bir gün bizim də qapıda belə toy çalınsın, bax, o yolu deyirəm. Qarşıda bizi sabah, yeni gün gözləyir. Güman ki, “sabah” anlayışı altında, məsələn, “Nyukasl”la pley-off oyunlarından danışacağımı fikirləşirsiz. Yox, mən dairəni bir qədər geniş götürəcəm.
ORXAN
(davamı sabah gecə olacaq)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri