Qurban Qurbanov “Qarabağ”la 800 cü oyununu keçirdi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubiley matçı Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.
“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.
Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















