Icma.az
close
up
RU
Qurban Qurbanov: “Rəqib riskə gedəcək, buna hazır olmalıyıq”

Qurban Qurbanov: “Rəqib riskə gedəcək, buna hazır olmalıyıq”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsində sabah Bakıda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyunundan öncə Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizimçün necə önəmli oyun olduğunu bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. İstək, oyun düşüncəsi öz yerində, amma özümüzü soyuqqanlı aparmağımız vacibdir. Yaxşı rəqibə qarşı oynayırıq. İlk oyundakı nəticə bizi bir az üstün göstərir, amma bunu düşünməli deyilik. Vacib sabahkı oyundur. “Ferentsvaroş” təhlükəli rəqibdir, özlərinə xas oyunları var. Meydançada düzgün yerləşməyə imkan vermirlər. Rəqibin daha çox riskə gedəcəyini düşünürük və buna hazırıq. Oyunun bəzi detallarına toxunmuşuq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, düzgün olanları edək.

– Sabah nəticə üçün oynayacaqsınız?
– Ümumiyyətlə, yaxşı nəticələrimiz həmişə oyun üslubumuza görə olub. Bundan heç vaxt əl çəkmək istəməmişik. Nəticəni qorumaq üçün meydana çıxacağıq deyə bir şey yoxdur. Meydanda bizə lazım olanı etməyə, bacardığımızı etməyə çalışacağıq. Daha baxımlı oyun oynamaq istəyirik. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Futbolu azarkeşlərimiz, nəticə üçün oynayırıq. Vurulan qollar önəmlidir. Daim futbolçulardan tələbim odur ki, qol vuraq. Bununla yanaşı, qapını da toxunulmaz saxlamaq lazımdır. Rəqib riskə gedəcək, hansı təzyiqi göstərəcəyini bilmirik, amma bunlara hazır olmalıyıq. Biz də kənardan müdaxilə edərək bunların qarşısını almağa çalışacağıq.

– Oyunçuları kökləmək çətin olmur?
– Vacib detallardan biri psixoloji hazırlıqdır. Çünki ordakı oyundan sonra hamı elə düşünür ki, biz mərhələ adlamışıq. Bu, futbolçularda həyəcan yaradır. Onlar oyuna psixoloji yaxşı hazır olmalıdır. Danışıqlarımız da bu yöndədir ki, hazırlıqlı olmalıyıq. Oyundan çıxsaq, kənar fikirlərə önəm versək, çətin olacaq.

– 8 il öncə Kopenhagendə qrup mərhələsinə vəsiqə qazanmışdınız. Sabah isə növbəti tarix yazıla bilər. O vaxt daha çox inamlı idiniz, ya bu gün?
– İnam vacibdir. O vaxt da var idi, bu gün də. İnam var, rahatlıq yox.

– Azarkeşlərinizdən istəyiniz varmı?
– Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Necə azarkeşlik etmək lazım olduğunu bilirlər. Futbolçu kimi də, məşqçi kimi də onlara ancaq təşəkkür etmişəm. Çempionat oyunlarına az azarkeş gələndə də onlara minnətdar olmuşam.

– Nəriman Axundzadənin durumu necədir?
– Normallaşıb. Deməzdim, tam yaxşı səviyyədədir, sabah axşama kimi hər şey qaydasında olacaq.

– Oyuna fransız hakim təyinat alıb. Hansısa narahatlığa əsas var?
– Mən tərəfdən bir narazılıq yoxdur. Turpin Çempionlar Liqasında final idarə edib. Ümumiyyətlə, belə hakimlərin Azərbaycana gəlməsi UEFA Hakimlər Komitəsinin ciddiyyətini göstərir. Hansısa narahatlığın olacağını düşünmürəm. Hakimlər elə səviyyəyə gəlib ki, belə matçlarda hansısa əlavə fikirlər olsun.

– Əvvəlki “Ferentsvaroş”la indiki arasında hansı fərqlər var?
– Fərqli komandalardır. Komandaya Robbi Kin kimi tanınmış oyunçu rəhbərlik edir. Bu, klub və futbolçular üçün əlavə motivasiyadır. İndiki “Ferentsvaroş” daha sürətli hücumlar edir. O dönəm Çerçesovun rəhbərliyi altında fərqli sistemlə oynayırdılar. Bugünkü kollektiv də bizimçün asan deyil. Hansı komandanın güclü olduğu haqda nəsə desəm, etik olmaz. “Ferentsvaroş”un tarixi, özəyi var. Burda hansı futbolçu olsa da, qalib kimi meydandan ayrılmaq istəyirlər. Qarşımızda çox güclü, istəkli kollektiv olacaq.

– Mətbuatda kolumbiyalı Kamilo Duranın Bakıya gəlməsi xəbərləri var. Doğrudur?
– Bəli, doğrudur.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri