Qurban Qurbanov: “Toplanışdan razı qaldım”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə “Slaven” (1:0) və “Şəbəb Əl-Əhli”yə (5:2) qarşı yoxlama oyunları, həmçinin hazırlıq prosesini dəyərləndirib:
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 İyun 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















