Icma.az
close
up
RU
Qurban Qurbanov Tvente ilə matçdan sonra nə danışdı?

Qurban Qurbanov Tvente ilə matçdan sonra nə danışdı?

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ" evdə "Tvente"yə 1:4 (ümümi hesab 2:4) hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmadan dərhal sonra təşkil edilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıraraq oyunu dəyərləndirib:

"Bunu istəməzdik, məğlub olmaq fikrimiz yox idi. Çox həvəsli və istəkli idik. Vuruşan bir kollektivimiz var, amma çatışmazlıqlarımız da var idi. Rəqibi təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm, sonadək komandaya dəstək oldular".

- Erkən vidalaşmaq yeni transferlərlə qarşıdakı mövsümdə komandanın formalaşması üçün faydalı olacaq?

"Biz yeni transferlər edərkən rəhbərliklə müzakirələr apardıq. Bəlkə də risk etdiyimizi düşünənlər oldu. Komandanı ən yaxşı səviyyəyə gətirmək üçün çalışacağıq. Pozitiv yanaşmalıyıq, daha yaxşı işlər görmək üçün var gücümüzlə mübarizə aparacağıq".

- Lanqanın əvəzlənməsi nə ilə bağlı idi?

"Sarı vərəqə limitinə görə idi. Üçüncü hakim mənə yaxınlaşıb onun limitdə olduğunu bildirdi. Biz də belə qərar verdik".

- 4 mövsüm bundan əvvəl "Qalatasaray" Türkiyə çempionatında 13-cü oldu, sonra ardıcıl çempionluqlar qazandı. "Qarabağ"dan da belə bir partlayış görə bilərikmi?

"Maksimum nəticə üçün hər şeyi edəcəyik. Futbolçuların gücünün gündən-günə inkişaf edəcəyinə inanıram".

- “Sabah”ın Çempionlar Liqasındakı püşkatması ilə bağlı nə düşünürsünüz?

"Mən "Sabah"a azarkeşlik edəcəyəm. Onlara bu çətin yolda uğurlar arzulayıram".

- "Qarabağ" sizcə edilən transferlərdə gecikdi?

"Bəli, gecikdi. Yanvar ayından başlamışdıq danışıqlara. Yeni transferlərimiz zədələndi, gözləmədiyimiz zədələr oldu. Bəlkə də onlar sağlam olsaydı, bu gün bu məğlubiyyəti danışmazdıq".

- Sizcə Çempionlar Liqasında iştirak "Sabah"ın daxili çempionatdakı iddialarını azaldacaq?

"Hər liqanın ayrı atmosferi var, amma Çempionlar Liqası tamam başqa səviyyədir. Hətta mənim də yorulduğum anlar olurdu. Məncə, əksinə, "Sabah" bu təcrübədən sonra daxili liqada daha rahat oynayacaq".

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 Avqust 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri