Icma.az
close
up
RU
Qurban Qurbanova oğlu vasitəsilə mesaj göndərildi Gerçəklər

Qurban Qurbanova oğlu vasitəsilə mesaj göndərildi Gerçəklər

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Liverpul” – “Qarabağ” oyununda azarkeşlərdən birinin baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıya dedikləri hələ də müzakirə edilir. Belə ki, həmyerlimiz komandaya yeni transferlərin edilməsini istədiyini bildirib: “Musa, atana de, oyunçu alsın. Başqana de, pul xərcləsin, transfer etsin”.

“Qarabağ“ın heyətini gücləndirmək üçün hazırda oyunçu almağa gərək varmı?

Globalinfo.az-a danışan idman jurnalisti Elçin Cəlilov deyib ki, belə məsələlərdə “simiclik” baş məşqçidən deyil, klubdan qaynaqlana bilər:

“Lakin “Qarabağ” rəhbərliyinin transfer məsələsində xəsislik etdiyini düşünmürəm. Klubun prezidenti Tahir Gözəl dəfələrlə bu haqda açıqlama verib. Ağdam təmsilçisinin uğurlu nəticələri var və bu baxımdan qınamaq da aşırı emosiya, subyektiv yanaşma hesab edilə bilər. Azarkeşlər hücumçu transferi istəyirdi, hətta bu vəziyyətdə komandanın qrup mərhələsinə yüksələ bilməyəcəyi iddia olunurdu. Ancaq gördük ki, klub tarixin ən böyük nəticəsini qazanıb”.

Elçin Cəlilov

Jurnalistin fikrincə, bunlar geniş təhlil tələb edən məsələlərdir:

“Qarabağ” 13 ildir bütün klublarımızdan daha yaxşı nəticəyə nail olub. Görünür, hansı addımı nə zaman atacaqlarını hamıdan daha yaxşı hesablaya bilirlər. Fikrimcə, klub bəzi mövqelərə transferlər etməlidir, ancaq bunu xəsislik və ya başqa bu kimi səbəblərdən reallaşdırmadığını deyə bilmərəm. Yəqin ki, uyğun variant məsələsidir və bu amil ciddi məqamdır”.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan “Qarabağ” “Liverpul”a 0:6 hesabı ilə məğlub olub. 22-ci pillədə qərarlaşan təmsilçimiz hazırda pley-off-da mübarizəsini davam etdirir.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri