Icma.az
close
up
RU
“Qurban Qurbanovdan incimişəm, zəng etsin, səsini eşidim”

“Qurban Qurbanovdan incimişəm, zəng etsin, səsini eşidim”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Futbolinfo”ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.

O bildirib ki, Q. Qurbanovun Zaqatalada toyunu da aparıb:

– Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var.

– Bəs niyə ondan incimisiniz?

– Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.

– İşləri çoxdur…

– Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklar da ermənipərəst hakimlər “Qarabağ”ın oyunlarında qərəzli hakimliklə yadda qalır. Onların soyadları “yan”la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda “Bazel”lə oyunda top yarımmetr qapı xəttini keçdi, amma hakimlər bunu görmədi. Bunu cənab prezidentimiz də vurğuladı. Amma nə faydası, düşmən elə düşməndir. Hələ biz Bakıda Marsel “Olimpik”i ilə oyunda “Qarabağ”ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar “Qarabağ”ı tərifləyirlər. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Özüm də “Qalatasaray”lıyam. “Cim-bom”un hər oyununu izləyirəm.

– Mənə çox maraqlıdır, bir qədər əvvəl dediniz ki, Qurbandan incikliyimi Musaya bildirdim, Musa nə dedi bəs?

– Musa mənə dedi ki, “Ağadadaş, sən haqlısan!” Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri