Icma.az
close
up
RU
Qurbanov ÇSKA ilə oyundan sonra nələr dedi?

Qurbanov ÇSKA ilə oyundan sonra nələr dedi?

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Bolqarıstanın “ÇSKA Sofiya” klubuna penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının nümayiş etdirdiyi xarakterdən razı qaldığını bildirdi:

— İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı qarşılaşma alındı. Bakıda da, burada da vurğulamışdım ki, bərabər gücə malik iki kollektiv qarşılaşır və yekun hesab da bunu təsdiqlədi. Əlavə şərhə ehtiyac yoxdur. Futbolçularım meydanda böyük əzm göstərdilər və onların mübarizəsindən tam razı qaldım. İnşallah, növbəti matçlara hazırlaşacağıq. Sadəcə, 120 dəqiqəlik mübarizə bir qədər ağır oldu. Heyətin mövcud fiziki durumu əlavə vaxt oynamaq üçün hələ tam kifayət etmirdi, amma hər bir halda, azarkeşlər üçün olduqca maraqlı bir matç alındı.

— “Qarabağ” 58 faiz topa sahib olaraq üstün oyun nümayiş etdirsə də, bunu qola çevirə bilmədi. Bunun əsas səbəbi nə idi?

— Müdafiədə çox yaxşı təşkilatlanmış rəqiblə üz-üzə gəldik. Digər tərəfdən, epizodlarda daha dəqiq oynamalı idik. Oyunçular yorğun olanda və ya tam hazır olmadıqda belə texniki səhvlər qaçılmaz olur. Mənim üçün vacib olan futbolçuların sonadək mübarizə aparması idi. İnanıram ki, növbəti görüşlərdə bu çatışmazlıqlar tədricən aradan qalxacaq. Komandada müəyyən yeniliklər də var. Çox kompakt müdafiə olunan kollektivlərə qarşı imkanlarımızın sayını daha da artırmalıyıq ki, qol şansı yarada bilək. Bəzən elə oyunlar olur ki, rəqibin müdafiə səddini yaramaq mümkün olmur.

— ÇSKA-nın heyətində xüsusilə yadda qalan bir futbolçu oldu?

— Xüsusi olaraq kimisə fərqləndirmək düzgün olmaz. Rəqibin heyətində kifayət qədər təcrübəli və keyfiyyətli futbolçular var. Ümumilikdə bir-birini yaxşı tamamlayan bütöv bir kollektivə qarşı oynayırdıq.

— Rəqibin ilk matçla müqayisədə oyun sistemini dəyişməməsi sizin üçün sürpriz olmadı ki? Əvəzlənən hücumçunuz Savonun zədəsi nə dərəcədə ciddidir?

— Açığı, rəqibin öz sistemini dəyişməyəcəyini və daha çox müdafiəyə meylli oynayacağını gözləyirdim. Savoya gəlincə, matç çox gərgin və ikili mübarizələrlə yadda qaldı. Yorğunluq da öz sözünü deyirdi və əlavə vaxtda zədələndi. Futbolçular hələ 120 dəqiqəlik belə ağır yükü daşımağa tam hazır deyillər. Savo sürətli oyuna üstünlük verən və çox güc sərf edən futbolçudur, belə oyunçularda zədələnmə riski həmişə yüksək olur. O da belə bir zədə ilə üzləşdi.

Ayxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 İyul 2026 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri