Icma.az
close
up
RU
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında” qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sözsüz ki, bu, tarixi miqyasda hadisədir. O, Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu və əməkdaşlıq zəminində güclü birliyini, onların ayrılmazlığı və bölünməzliyi üzrə tarixi talelərinin düzgün qavranılmasını təcəssüm etdirir.

Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir.

Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında - siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir.

Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil. Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib.

Əziz qardaşım, Məşvərət Görüşü formatı bütün iştirakçılar üçün sülh, etimad, harmoniya, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün vacib platforma rolunu oynayır. Fəxr edirəm ki, Türkmənistan bu siyasi qarşılıqlı fəaliyyət formasının başlanğıcında dayanıb. Ölkəmizin Məşvərət Görüşünün yaradılması təşəbbüsü on beş ildən də çox əvvəl Özbəkistanda elan edilib və tam şəkildə dəstəklənib.

Növbəti addım Qazaxıstanda ilk rəsmi Məşvərət Görüşü oldu, burada çoxtərəfli dialoqun ideoloji təməlləri qoyuldu, onun uzunmüddətli məqsədləri və perspektivləri müəyyən edildi.

Bunun ardından razılaşdırılmış plana uyğun olaraq görüşlər Türkmənistanda, Qırğızıstanda və Tacikistanda keçirildi. Regiondaxili əməkdaşlığın əsas məsələləri və beynəlxalq gündəlik etimad əsasında və açıq atmosferdə müzakirə edildi, əhəmiyyətli qərarlar və razılaşmalar əldə olundu. Zaman bu formatın yaradılmasının düzgünlüyünü, onun aktuallığını və səmərəliliyini, xalqların və istisnasız olaraq bütün iştirakçı dövlətlərin fundamental maraqlarına uyğunluğunu göstərdi.

Qarşılıqlı anlaşmanın inkişafında, Məşvərət görüşlərinin əhəmiyyətinin və nüfuzunun artmasında yeni bir mərhələ Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının təsis edilməsi idi. Onun ilk laureatı Tacikistan Respublikasının Prezidenti oldu.

Hörmətli İlham Heydər oğlu, mənim üçün xüsusi qürur və şərəf hissi doğuran fakt ondan ibarətdir ki, ölkəmizin təklifi ilə bu ilin avqust ayında “Avaza” Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransı (UNCLDC) zamanı Mərkəzi Asiya Dövlət Başçılarının növbədənkənar Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını daha da gücləndirməsini təklif etdi. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu təşəbbüs Daşkənddə Mərkəzi Asiya ölkələrinin prezidentləri tərəfindən tam dəstəklənib və ortaq rifaha doğru irəliləyişimiz üçün olduqca əhəmiyyətli və perspektivli bir fakta çevrilib.

İnanıram ki, Sizin ölkənizin siyasi nüfuzunu, onun nəhəng resurs, sənaye, texnoloji potensialını, mədəni və humanitar sahələrdə əldə olunmuş nailiyyətlərini nəzərə alaraq, Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında həlledici amil, müasir regional və beynəlxalq inkişaf istiqamətlərində fəal iştirakın stimulu olacaq, məsuliyyətli, vahid mövqedən çıxış edən tərəfdaşlar, qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq.

Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik.

Ən səmimi təbriklərimi qəbul etməyinizi bir daha xahiş edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə və beynəlxalq fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see263

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see250

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see119

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri