Icma.az
close
up
RU
Qürbətdə yazılmış bədii “Qarabağnamə”lər

Qürbətdə yazılmış bədii “Qarabağnamə”lər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Moskvada yaşayıb-yaradan tanınmış yazıçı soydaşımız Ulduz Qasım Vətəndə keçirdiyi ənənəvi yay istirahət günlərində oxuculara növbəti 3 bədii-sənədli kitabını da təqdim etdi. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən mərasimdə mühacir yazıçının son əsərləri – “Ovunmayan duyğular”, “Doktor Meşati” və “Xanımlıq zirvəsinin Böyükxanımı” kitablarında əksini tapan Vətən sevgisi, ali insanlıq duyğuları və vətəndaşlıq borcu kimi anlayışlar ətrafında geniş müzakirə aparıldı.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müvani Rəşad Məcid bildirdi ki, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiq edən çoxlu sənədli mənbə və məşhur “Qarabağnamələr” silsiləsi olsa da, bu həqiqətin bədii təcəssümümü də ötən illərdə zərurətə çevrilib. Xalqımızın Qarabağın həqiqi sahibi olduğunu və bu qədim yurda sonsuz sevgisini əks etdirən “bədii salnamələr”in sırasında Ulduz Qasımın ərsəyə gətirdiyi 10-dan artıq əsər əsl yaradıcı fədakarlıq nümunəsidir.

“Yurd həsrətini qəriblikdə ikiqat ağrı ilə yaşayan yazıçı-publisist Ulduz Qasım bu silsiləyə “Ağ göyərçinlər”lə başlayıb, “Qarabağda qiyamət”lə davam edən və nəhayət, “Qarabağın Cənnət çiçəkləri” ilə tamamlanan roman - trilogiya yaratmağa da nail olub. Bu dəfə isə Ulduz xanım Vətənə son yaradıcılıq hesabatı ilə gəlib.

Məclisin aparıcısı şair-ədəbiyyatşünas, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli qeyd etdi ki, Cəbrayıl rayonunun Mərcanlı obasının Mehdili kəndində doğulub-böyümüş Ulduz Qasımın Arazboyunda yurdun bütövlüyünə mənəvi bağlılıq ruhunda formalaşmış dünyagörüşü Bakı Dövlət Universitetnin jurnalistika fakültəsində təhsil aldığı illərdə ədəbi məramnaməyə çevrilib. Ali təhsil illərində mərkəzi mediada müxtəlif janrlı bədii-publisistik yazılarla çıxış edib istedadını geniş auditoriyayada sübuta yetirmiş, ailə qurduqdan sonra taleyin hökmü ilə Moskvada yaşamalı olmuş yazar ruhən daim Vətənlə bağlı olub.

Qarabağ münaqişəsi başlayandan isə Ulduz Qasım həm yaradıcılığını, həm də iş adamı kimi xeyriyyəçilik fəaliyyətini bütünlüklə başıbəlalı yurdun taleyi, doğma diyarda erməni qaniçənlərin törətdikləri fəlakətlərin bədi-sənədli mənzərəsinin yaradılmasına həsr edib. Ötən illərdə həmyerlimizin “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirrlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçaq Aslan”, “Maral”, “Nöktələrin dedikləri”, “Badamgözlü”, “Qarabağın cənnət çiçəkləri” kimi kitablarında bütün varlığı ilə Vətənin taleyi ilə yaşayan yazıçının insani iztirabları, Azərbaycan həqiqətləri ilə bağlı vətəndaş yanğısı, arzu və ümidləri davamlı silsiləyə, mənəvi salnaməyə çevrilib.

Mərasimdə Ulduz Qasımın bir neçə kitabının redaktoru, Əməkdar jurnalist Tahir Aydınoğlu söylədi ki, Ulduz Qasımın Vətən müharibəsindən 2 ay əvvəl tamamladığı və Şuşanın azad edilməsinin bədii mesajını vermiş “Ağ göyərçinlər”dəki “öncəgörmə”nin ayağı sayalı oldu. Çox keçmədi ki, “Qarabağda qiyamət” qopdu. Qarabağ münaqişəsi mövzusunda silsilə kitablarının davamı olan “Qarabağda qiyamət” romanı Vətən müharibəsinə həsr olunmuş ilk irihəcmli əsərdir. Müəllifin II Qarabağ savaşının ilk günlərindən qələmə almağa başlayıb, tarixi zəfərdən 72 gün sonra tamamladığı bu əsərdə Azərbaycan xalqının qarşısıalınmaz qələbə əzmi və döyüşçülərimizin misilsiz qəhrəmanlığı sənədli materiallar əsasında bədii şəkildə salnamələşib.

Roman bu sözlərlə bitirdi: “Şuşanın azadlığından bir gün sonra ətraf rayonlardan bir neçə yaşayış məntəqələri azad olundu, döyüşçülərimiz Xankəndiyə çatdılar... Və sonra...”. Sonrası “Qarabağda qiyamət” “Qarabağın Cənnət çiçəkləri”ni bitirdi. Həmin yarmçıq cümlənin davamı olaraq, sonrakı dövrdə müəllif eyni öyünc və sevgi ilə “Qarabağın Cənnət çiçəkləri” romanını qələmə aldı.

Yazıçının Qarabağ Zəfərindən əvvəl və sonra oxuculara layiqli töhfəsi olan “Ağ göyərçinlər”, “Qarabağda qiyamət” və “Qarabağın Cənnət çiçəkləri” romanları onun əvvəlki yaradıcılığının ideya-mənəvi davamıdır. Bu bədii “Qarabağnamə”lər işğal altında olan torpaqlarımızı azad etmək uğrunda söz savaşında əsl fədakarlıq, sənət zəfəridir. Ulduz Qasımın yaradıcılığınıın “Qarabağ marafonu” növbəti mərhələdə Azərbaycanın ulu mənəvi dəyərlərinin bədii təcəssümü ilə davam edir.

Bu baxımdan təqdim edilən növbəti 3 kitab xalqımızın böyüklüyünü, insanlığı şərəfləndirən mənəvi ucalığını çağdaş qəhrəmanların timsalında ümumiləşdirib. Bütün bunlar Azərbaycan gerçəkliyinin ədəbi-bədii tədqiqi təsiri bağışlayır. Ümumiyyətlə, Ulduz Qasımın nəsrində həyat bütün əlvanlığı və təbiiliyi ilə əks olunduğundan çağdaş ədəbi realizmin yeni nümunələri kimi diqqəti cəlb edir.

Təqdimat mərasimində Rusiyanın məşhur “Literaturnaya qazeta” həftəliyinin Azərbaycan təmsilçisi Akif Əhmədgil, əməkdar jurnalistlər Əntiqə Qonaq və Şəmsiyyə Kərimova, publisist Nəzirməmməd Zöhrablı və digər çıxış edənlər Ulduz Qasımın əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətlərindən söz açdılar. Onlar yazıçı dostlarının son 3 əsərində də Azərbaycan gerçəkliyinin yüksək bədiilik və sevgi ilə əksini tapdığını vurğuladlar, nasir soydaşımıza yaradıcılığının yetkinlik çağında yeni uğurlar arzuladılar.

Sonda deyilən xoş sözlərə görə razılığını bildirən Ulduz Qasım bundan sonra da doğma Vətənə qələmi ilə xidmət edəcəyini söylədi.

* * *

Həmin gün Ulduz Qasım son iilərdə çap olunmuş əsərlərinin nüsxələrini ölkəmizin baş kitab xəzinəsi və ən mötəbər mənəvi saxlanclarından olan Milli Kitabxanaya hədiyyə etdi.

Kitabxananın direktoru, profesor Kərim Tahirov Ulduz Qasımın təqdim etdiyi kitab dəstinin onun yaradıcılığının geniş oxucu kütləsinə çatdırılmasında gərəkli olacağını söylədi, hədiyyəyə görə razılığını bildirdi.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri