Icma.az
close
up
RU
Qurd eşənəyi bu halda ölümə yol açır: Əsəb gərginliyi, xroniki stress, soyuqlama... Xəstəlik birdən birə yaranmır

Qurd eşənəyi bu halda ölümə yol açır: Əsəb gərginliyi, xroniki stress, soyuqlama... Xəstəlik birdən birə yaranmır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Humay Nəsirli müalicə aldığı şəhər xəstəxanada “qurd eşənəyi” və revmatizm kimi xəstəliklərdən dünyasını dəyişib.

Autoimmun xəstəliklər qrupuna daxil olan qırmızı qurd eşənəyi (sistemli qırmızı qurd eşənəyi, SLE) immun sisteminin öz toxumalarını yad kimi qəbul edərək hücum etməsi nəticəsində yaranan kompleks və ciddi bir xəstəlikdir. Bu xəstəlik müxtəlif orqan və sistemləri - dəri, oynaq, böyrəklər, ürək, ağciyər və beyin kimi həyati orqanları zədələyə bilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-revmatoloq Həsənağa Qənbərov bildirib ki, qırmızı qurd eşənəyi immun çatışmazlığı ilə əlaqəli autoimmun xəstəlikdir və düzgün müalicə olunduqda xəstələrin 20-30 ilə qədər yaşaması mümkündür:

"Vaxtında diaqnoz qoyulub düzgün müdaxilə olunduqda, xəstələr uzun illər normal həyat tərzi sürə bilərlər. Lakin aparılan hər yanlış müalicə, xəstəliyin düzgün izlənməməsi və ya gec diaqnoz həyat üçün təhlükə yarada və nəticədə ölümcül fəsadlara səbəb ola bilər”.

Mütəxəssis vurğulayıb ki, bu xəstəlik yoluxucu deyil və insandan insana keçmir:

“Sistemli qırmızı qurd eşənəyi təqribən 50 faiz hallarda genetik meyillə əlaqələndirilir. Yəni, ailədə bu və ya digər autoimmun xəstəlik olan şəxslərdə risk artır. Lakin bu, yoluxucu xəstəlik deyil və adi təmas, hava-damcı yolu ilə yayılmır”.

Müsahibimiz qeyd edib ki, müasir tibbdə bu xəstəlik tam sağalmasa da, müalicə ilə kontrol altına almaq və xəstənin həyat keyfiyyətini iltihabəleyhinə preparatlar, immunsupressiv dərmanlar, dəstəkləyici terapiya (vitaminlər, qidalanma nəzarəti, fizioterapiya) yaxşılaşdırmaq mümkündür.

Həsənağa Qənbərov: Qırmızı qurd eşənəyi təqribən 50 faiz hallarda genetik meyillə əlaqələndirilir

Həkim xəstəliyin meydana gəlməsində müxtəlif faktorların rol oynadığını bildirir. Onun sözlərinə görə, qırmızı qurd eşənəyi birdən-birə yaranmır, müəyyən faktorların təsiri ilə immun sistemi pozulur və orqanizmin öz hüceyrələrinə qarşı antitellər yaranmağa başlayır:

“Əsəb gərginliyi, xroniki stress, ağır infeksiyalar, soyuqlama, günəş şüalarının həddindən artıq təsiri, hormonal dəyişikliklər və bəzən müəyyən dərman preparatları xəstəliyin alovlanmasına səbəb ola bilər. Bütün bu amillər immun sistemini zəiflədir və genetik meyillə birlikdə xəstəliyin meydana çıxmasına səbəb ola bilir”.

Həkim-revmatoloq onu da bildirib ki, hər bir vətəndaş öz sağlamlığını nəzarətdə saxlamalı, vaxtında müayinələrdən keçməli və xüsusilə davamlı yorğunluq, səpkilər və oynaqlarda ağrı kimi simptomlar olduğu halda həkimə müraciət etməlidir. Çünki erkən diaqnoz - uzun ömür deməkdir.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri