Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Qurtuluş Günündə gələcək naminə: Azərbaycan yeni aqrar əsasları necə qurur?

Qurtuluş Günündə gələcək naminə: Azərbaycan yeni aqrar əsasları necə qurur?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçaydakı dayaq məntəqəsində yeni tinglik təsərrüfatının təməli qoyulub.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın ən mühüm dövlət bayramlarından biri olan Milli Qurtuluş

Günündə Göyçayda yeni tinglik təsərrüfatının rəsmi açılış mərasimi keçirilib. Bu tədbir Xəzəryanı Regionun Aqrar Tədqiqatları Mərkəzi (CARCAS) ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında strateji əməkdaşlığın ilk əhəmiyyətli mərhələsi oldu.

Mərasim çərçivəsində tərəflər arasında bağçılıq sektorunun davamlı inkişafına xidmət edən əməkdaşlıq sazişi də imzalanıb. Xüsusi diqqət müasir meyvəçilik və dekorativ yaşıllaşdırma sahəsində yüksək tələbat olan virusdan azad tinglərin istehsalına yönəldilib.

CARCAS-ın Müşahidə Şurasının sədri Rifat Sultanzadə tədbirdə çıxış edərək tingliyin təməlqoyma tarixinin rəmzi məna daşıdığını vurğulayıb:

"Biz bu yola Milli Qurtuluş Günündə çıxdıq - bu bayram Azərbaycanın tarixi və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu gün baş tutan hadisə sadəcə yeni bir layihənin başlanğıcı deyil, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə, davamlı kənd təsərrüfatına və ixrac potensialına töhfədir."

O bildirib ki, proqramın ilkin mərhələsi çərçivəsində artıq 400 000 virusdan azad ting əkilib. Gələcəkdə proqramın Azərbaycan ərazisində mövcud olan bütün meyvə bağlarını - təxminən 230 000 hektarı - əhatə edəcək miqyasda genişləndirilməsi planlaşdırılır.

Sultanzadənin sözlərinə görə, növbəti mərhələdə əsas prioritetlər arasında ting ixracının inkişafı, dekorativ istiqamətin genişləndirilməsi və ixrac potensialına malik dekorativ ağacların yetişdirilməsi üzrə tədqiqatların başlanması yer almalıdır.

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı layihənin bağçılıqda əkin materiallarının idxalından asılılığın azaldılması baxımından əhəmiyyətini xüsusi qeyd edib:

"Özümüzə məxsus ting istehsalı bazası Azərbaycana yalnız daxili tələbatı ödəmək deyil, eyni zamanda regional bazarlarda ixracatçı kimi çıxış etmək imkanı da verəcək."

Tədbir rəmzi lentkəsmə mərasimi ilə davam edib. Daha sonra iştirakçılar təcrübə stansiyasının infrastrukturu ilə o cümlədən suvarma və irriqasiya sistemləri ilə tanış olub və yeni tingliyin ərazisində xatirə ağacları əkiblər.

Sonda tərəflər seleksiya sahəsində elmi-tədqiqat və təcrübə proqramları, ixrac strategiyaları və bağçılıq üzrə kadr hazırlığı istiqamətində gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, yeni tingliyin fonunda xatirə şəkilləri çəkdiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri