Icma.az
close
up
RU
“Qurtuluş”da nələr baş verib? Zərərçəkmişlər danışdı

“Qurtuluş”da nələr baş verib? Zərərçəkmişlər danışdı

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Turkustan.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər.

Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət ediblər:

“Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdilər. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reabilitasiya mərkəzində bildirildi ki, 6 ay burada qalacaqsan. Getmək istəyirdim. Orada yad cisimlər – əşyalar udmuşam. Bunu etiraz olaraq edirdim. Buna görə təqsirləndirilən şəxslər məni döydülər. Döyənlər arasında Ceyhun Salmanov olmayıb. Buna görə üz və qulaq nahiyəmdən ağır xəsarətlər almışdım. Bundan başqa etiraz əlaməti olaraq dama çıxmışdım. 6-7 saat orada qaldım. Buna görə polis gəldi. Reabilitasiya mərkəzində qalmaq istəmədiyim barədə valideynlərimə demişdim. Orada olanda nəzarət altında çölə çıxırdım. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdur”.

Zərərçəkmiş şəxsin anası şahid qismində ifadə verib. O bildirib ki, oğlu kazino və qumar oyunları asılılığından əziyyət çəkirdi:

“Bu reabilitasiya mərkəzi barədə məlumatı “TikTok” sosial platformasında əldə etdim. Mərkəzə müraciət etdim və 3-ə yaxın əməkdaş gecə 3-də gəlib oğlumu götürdülər. İlk olaraq oğlum narazı idi. Sonra könüllü razılaşdı. Mərkəzə ayda 1000 manat ödəniş etməli idim. Pulları kart hesabına atmışdım. Heç bir şikayətim yoxdur”.

Daha sonra zərərçəkmiş qismində məşhur skripka ifaçısı Ramil Həsənov dindirilib. O, narkotik istifadəçisi olduğunu deyib:

“Ailədə üç uşaq idik. Qurban adlı tanışıma müraciət etdim. O da məni reabilitasiya mərkəzinə gətirdi. Əvvəlcə 2-ci korpusda idim, daha sonra 1-ci korpusa yerləşdirildim. Orada narazılıq etdim ki, darıxıram, sıxılıram. Digər zərərçəkəni də orada tanımışam. Prokurorluq əməkdaşları gələndə artıq mən bildirdim ki, buradan getmək istəyirəm. Mən mərkəzdə təxminən 2 ay qaldım. Orada olan ciddi nizam-intizama dözə bilmirdim. Orada mənə qarşı şiddət olmayıb. Məni ora dostlarım aparmışdı və ödənişləri onlar edirdilər. Ora gələndə mən könüllülüklə bağlı imza atmışdım. Orada sağalanlar çox idi. Elə mən özüm də 2 ay orada qaldım və nəticə müsbət oldu. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu. Birinci dəfə çıxmaq istəyirdim deyə şikayətçi idim”.

Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib.

Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri