Icma.az
close
up
RU
Quru sərhədləri mərhələli şəkildə açılmalıdır

Quru sərhədləri mərhələli şəkildə açılmalıdır

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quru sərhədlərinin uzun müddət bağlı qalması Azərbaycanın turizm sektorunda göstəricilərə təsirsiz ötüşməyib. Ölkəyə gələn turistlərin sayı 2019-cu ildə qeydə alınan nəticələrlə müqayisədə xeyli fərqlənir. Bəs turizm sektorunda əvvəlki illərdə müşahidə olunan canlanmanın yenidən bərpası üçün hansı amillər vacibdir?
Turizm eksperti Ruslan Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin bağlı qalması faktoru Azərbaycanda turizm göstəricilərinin azalmasına səbəb olub:
“Belə ki, 2019-cu ildə ölkəyə turizm məqsədilə gələn ziyarətçilərin sayı təqribən 2,8–3,2 milyon nəfər arasında dəyişirdi. Bu göstərici, 2024-cü il və 2025-ci ilin sonuna yaxın 1 milyon 850 min nəfərə qədər düşüb. Yəni azalma nəzərəçarpacaq dərəcədə müşahidə olunur. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin təqribən 75 faizi Azərbaycanın quru sərhədləri vasitəsilə daxil olur, bu faktorun təsiri daha aydın görünür”.

R.Quliyevin sözlərinə görə, hər bir böhran yeni imkanlar yaradır. Bu baxımdan mövcud vəziyyət daxili turizmin inkişafını səciyyələndirən əsas amillərdən birinə çevrilib:

“2019-cu ilin statistikasına görə, Azərbaycan vətəndaşları regionlara ümumilikdə təqribən 22 milyon səfər həyata keçiriblər. 10 milyonluq əhali üçün bu, hər bir vətəndaşın bir neçə dəfə regionlara səfər etməsi deməkdir. Həmin dövrdə daxili turizm çərçivəsində təqribən 4 milyard manatlıq nağdsız ödənişlər həyata keçirilib. Bu isə daxili turizmin inkişafına, infrastruktur layihələrinin uğurla icrasına, yeni məkanların və əlavə xidmət sahələrinin formalaşmasına şərait yaradıb”.

Ekspert qeyd edib ki, quru sərhədlərin mərhələli şəkildə açılmasına ciddi ehtiyac var:

“Eyni zamanda nəqliyyat və logistika məsələlərinin həlli də vacibdir. Ölkədə 9 hava limanı mövcuddur və bölgələrdə yerləşən hava limanlarında güzəştlərin tətbiqi, yerli xidmətlərin faiz dərəcələrinin azaldılması, eləcə də xarici ölkələrdən bölgələrə birbaşa çarter reyslərin təşkili Bakı-Abşeron ərazisində yüklənməni azalda bilər. Bu yanaşma bölgələrin inkişafını da aktual müzakirə mövzusuna çevirə bilər. Davamlı infrastruktur modernləşdirilməsi və ardıcıl marketinq strategiyasının tətbiqi isə qısa müddətdə turizm statistikasına müsbət təsir göstərmək imkanlarını artıra bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri